Azərbaycan 16 sığortaçısının məcmu xalis mənfəəti 40 % artıb
"Xalq Sığorta” ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkətinin 2023-cü ildə məcmu gəlirləri 1 milyard 80,741 milyon manat təşkil edib.
Bu, 2022-ci ilə nisbətən 32,2 % çoxdur.
Ötən il sığortaçıların məcmu xərcləri isə əvvəlki ilə nisbətən 31,8 % artaraq 910,725 milyon manat olub. Şirkətlərdən 12-nin gəlirləri, 13-nün isə xərcləri artıb.
2023-cü ilin yekununda sığortaçıların məcmu maliyyə mənfəəti 170,016 milyon manat olub ki, bu da 2022-ci illə müqayisədə 34,3 % çoxdur. 7 şirkətdə maliyyə mənfəəti artıb, 5 şirkətdə azalıb, 1 şirkətdə maliyyə zərəri artıb, əvvəlki il maliyyə zərəri ilə üzləşmiş 3 şirkət isə ötən il maliyyə mənfəəti əldə edib.
2023-cü ildə sığorta şirkətləri 34,169 milyon manat məbləğində mənfəət vergisi ödəyib. Bu, 2022-ci ilə nisbətən 16,5 % çoxdur. 17 şirkətdən 4-ü vergi ödənişlərini artırıb, 8-i vergi ödənişlərini azaldıb, əvvəlki il vergi ödəməmiş 4 şirkətdən 1-i ötən il də vergi ödəməyib, 2-si isə vergi ödəyib.
2023-cü ildə Azərbaycan sığortaçılarının məcmu xalis mənfəəti isə 135,847 milyon manat olub. Bu da 2022-ci illə müqayisədə 39,7 % çoxdur. Ötən il maliyyə mənfəətini artırmış 7 şirkət həm də xalis mənfəətini artırıb, maliyyə mənfəəti azalmış 5 şirkətin həm də xalis mənfəəti azalıb, maliyyə zərəri artmış 1 şirkətin həm də xalis zərəri artıb. Əvvəlki ili zərərlə başa vurmuş 3 şirkət isə ötən ildən mənfəətlə çıxıb.
“Xalq Sığorta” maliyyə hesabatını açıqlamayıb.
XXX
Azərbaycanın 16 sığortaçısının məcmu aktivləri 17 % artıb
“Xalq Sığorta” ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 1 milyard 561,674 milyon manat təşkil edib. Bu, ötən il yanvarın 1-nə nisbətən 17,4 % çoxdur.
2023-cü ildə sığortaçılardan 10-u aktivlərini artırıb, 6-sı azaldıb.
Hesabat ilində sığorta şirkətlərinin məcmu uzunmüddətli aktivləri 21,5 % artaraq 716,953 milyon manat, məcmu qısamüddətli aktivləri isə 14,2 % artaraq 884,72 milyon manat olub. 11 şirkət uzunmüddətli aktivlərini, yenə də 8 şirkət isə qısamüddətli aktivlərini artıra bilib.
Hesabat dövründə sığortaçıların məcmu öhdəlikləri 19,5 % artaraq 1 140,667 milyon manat təşkil edib. Sığortaçılardan 9-da öhdəliklər artıb, 7-də isə azalıb. O cümlədən, şirkətlərin məcmu uzunmüddətli öhdəlikləri 26,5 % artaraq 1 072,676 milyon manat, məcmu qısamüddətli öhdəlikləri isə 36 % azalaraq 67,991 milyon manat olub. 10 şirkət uzunmüddətli öhdəliklərini, 5 şirkət isə qısamüddətli öhdəliklərini artırıb.
Ötən il sığorta şirkətlərinin məcmu balans kapitalı 12,1 % artaraq 421,007 milyon manata, məcmu nizamnamə kapitalı isə 0,5 % artaraq 249,59 milyon manata çatıb. Bazar iştirakçılarından 12-si balans kapitalını, 1-i - “Atasığorta” isə nizamnamə kapitalını artırıb.
“Xalq Sığorta” maliyyə hesabatını açıqlamayıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
14 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
2 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
-
3 saat əvvəl
Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü
-
3 saat əvvəl
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
SpaceX rekord IPO-ya hazırlaşır
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Ən çox oxunanlar
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı
"Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb"
AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!







.jpg)






.jpg)






