Bakı Fond Birjasının dövriyyəsi repo ilə kəskin artıb
2024-cü ilin yanvar-iyun ayları ərzində Bakı Fond Birjasında (BFB) qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 17 milyard 651 milyon 527 min manat təşkil etmişdir. Birjada 2023-cü ilin yanvar-iyun ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 7 milyard 828 milyon 767 min manat təşkil etmişdi. Beləliklə, Birjanın dövriyyəsi 2024-cü ilin 1-ci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artıb.
Bu barədə Marja.az BFB-nin statistikasına istinadən xəbər verir.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 64%, dövlət qiymətli kağızların ticarət həcmində isə 15%, repo əməliyyatları üzrə 226% artım qeydə alınıb. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 144% artım baş verib.
2024-cü ilin İyun ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5 milyard 768 milyon 811 min manat təşkil etmişdir.
Qeyd edək ki, Bakı Fond Birjasında (BFB) dövriyyənin kəskin artması əsasən dövlət istiqrazları üzrə repo əməliyyatlarının kəskin artması ilə əlaqədardır. Dövlət qiymətli kağızları ilə repo əməliyyatlarının həcmi 2024-cü ilin 1-ci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə artaraq 11 milyard 186 milyon 413 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)







.jpg)
