Cənubi Koreya Ruandaya 1 milyard dollar kredit ayırıb
Ruanda Maliyyə Nazirliyi nəqliyyat, səhiyyə və təhsil də daxil olmaqla bir sıra iqtisadi sektorlardakı layihələri maliyyələşdirmək üçün Cənubi Koreyanın ölkəyə 1 milyard dollar kredit ayırdığını açıqlayıb.
Açıqlamada deyilir ki, 2026-cı ilə qədər mövcud 500 milyon dollarlıq maliyyələşdirmə müqaviləsi də 2028-ci ilə qədər uzadılır.
Ruanda hökuməti may ayında 2024/25 büdcəsində 1,3 trilyon Ruanda frankından (1 milyard ABŞ dolları) çox hissəsinin xarici borclardan cəlb ediləcəyini bildirib.
Bundan əvvəl Ruanda prezidenti Pol Kaqame Seulda Cənubi Koreya-Afrika sammitində iştirak edib və burada mədənçıxarma, enerji və istehsal kimi sahələrdə 50-yə yaxın sövdələşmə və saziş bağlanıb. Samittdə 48 Afrika ölkəsinin liderləri iştirak edib. Cənubi Koreya prezidenti Yoon Seok-yeol növbəti altı il ərzində Afrikaya iqtisadi yardımı 10 milyard dollara çatdıracağına və Cənubi Koreya şirkətlərinin Afrikada ticarət və investisiyaların təşviqi üçün daha 14 milyard dollar istifadə edəcəyinə söz verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 20 saat sonra
-
14 d. əvvəl
Azərbaycanda Amerika Ticarət Palatasında icraçı direktor vəzifəsinə yeni təyinat
-
- 15 d. əvvəl
-
1 saat əvvəl
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Microsoft-dan 150 min dollar "Azure Credits" cəlb edən ilk Azərbaycan Aİ-startapı
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank”dan İlkin Kütləvi Təklif üzrə 18,7 milyon manatlıq səhm buraxılışı
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan “Gül kimi” təklif
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırılıb
Ən çox oxunanlar
Ödəniş təşkilatının vəzifəli şəxsini cərimələnib
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində - Strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirləri 400 manat azaldılacaq
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
“Premium Bank”da yeni təyinat




















