Kapital Bank-ın dəstəyi ilə keçirilən Respublika Fənn Olimpiadalarının qaliblərinə mükafatlar təqdim olundu
(®) Artıq 7-ci ildir ki, ölkənin birinci bankı Kapital Bank-ın dəstəyi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Respublika Fənn Olimpiadaları keçirilir. Ötən gün 2023-2024-cü tədris ili üzrə keçirilən olimpiada qaliblərinin mükafatlandırma mərasimi baş tutub.
Mərasimdə Respublika Fənn Olimpiadalarında ən yüksək nəticə göstərmiş 8 qızıl medalçıya, eləcə də bütün qaliblərə diplom və mükafatlar təqdim edilib.
Xatırladaq ki, bu tədris ili üzrə ümumilikdə 62 mindən çox şagird olimpiadada iştirak üçün qeydiyyatdan keçib. Yarışma 8-11-ci sinif şagirdləri arasında, 8 fənn üzrə, 143 mərkəzdə təşkil edilib. Şagirdlər biliklərini Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə 3 turda sınayıblar. 10 997 şagird yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb. Final mərhələsinə keçən 1000-ə yaxın şagirddən 491 nəfəri qalib olub. Onlardan 244 nəfəri bürünc, 163 nəfəri gümüş, 84 nəfəri isə qızıl medal qazanıb.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
2 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























