Qərəzli yazı və ya şüşəsi 10000 avroya “qalxan” fransız şərabı
Son günlərdə bəzi xəbər saytlarında Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlının adının Fransanın “VİNİV” şirkətinin istehsal etdiyi şərab məhsulları ilə bağlı yazıda hallanması marağımıza səbəb oldu və məsələni dəqiqləşdirmək qərarına gəldik.
Məlum oldu ki, əslində hər şey çox sadə imiş. Belə ki, bir sıra Avropa ölkələri, o cümlədən Fransa qədim şərabçılıq ənənələrinə malikdir. Təsadüfi deyil ki, Fransada şərab istehsalı sahəsində ixtisaslaşan dünya şöhrətli ailə şirkətləri də var. Onlardan biri də məhz məşhur “VİNİV” şirkətidir. Şirkətin saytında (https://www.bbr.com/viniv) da qeyd olunduğu kimi, “VİNİV” şərabçılıq məhsullarının istehsalı və satışından başqa, istənilən şəxsi öz müəssisəsində şərab istehsalı prosesi ilə tanış olmağa da dəvət edir. Bu tanışlıq prosesinə üzümün yığılmasından tutmuş onun emalı, şərabların qablaşdırılması, eləcə də dequstasiyası daxildir. Sonda bu prosesdə iştirak edən şəxslərə özəl şərablar təklif olunur. Məbləği elə də yüksək deyil. Eyni zamanda, hər bir istehlakçıya şərab şüşələri üçün fərdi etiketlər təqdim edilir və etiketə müştərinin istəyinə uyğun olaraq adı, soyadı və istədiyi şəkil həkk olunur. Yəni bu proses zamanı şərablar məhdud sayda təqdim edilir və satış məqsədi daşımır.
Avropa ölkələrində bu sahədə fəaliyyət göstərən bir çox şirkətlər daimi olaraq istehlakçılara oxşar xidmətlər təqdim edirlər və bu, “köhnə qitə”də tamamilə adi haldır və geniş yayılıb. Lakin Azərbaycanda belə ənənə hələ formalaşmayıb.
Digər maraqlı məqam qiymətlərlə bağlıdır. Yuxarıda qeyd edilən yazıda göstərilir ki, bu şirkətin istehsal etdiyi şərabların bir şüşəsi 3000-5000, hətta 10 min avroya satılır. Lakin VİNİV-in internet ünvanında şirkətin fəaliyyəti və istehsal etdiyi məhsullardan bəhs edən broşürü (https://5304282f92ff1d1b19c1-8a2ebff5f6260504c3c482982d840415.ssl.cf3.rackcdn.com/downloads/viniv.pdf) oxuyanda aydın olur ki, bir şərab şüşəsinin qiyməti 25-38 funt sterlinq, bir barrelinin isə 7200-10900 funt sterlinq təşkil edir.
Həmin yazıda qeyd olunan ikinci “maraqli” meqam şəkli paylaşılan şərab şüşəsinin etiketindəki pillələrlə qalxan şir təsviri və “dərk et, güclən, yüksəl” sözləri (latın dilində “Sta rectus, sta fortis, sta celsus” ifadəsi) “biliyə doğru, irəliləyiş” mənalarında işlənilir. Məlum olduğu kimi, şir simvolikası bir çox xalqların mədəniyyətlərində, ədəbiyyatlarında geniş istifadə olunur, güc anlamından başqa, müdriklik, başıucalıq, düzgünlük və digər müsbət insani keyfiyyətləri də ehtiva edir. Bu, əslində bir məqaləyə sığacaq mövzu deyil.
Ümumiyyətlə, hər bir jurnalist hər hansı mövzunu işləyərkən ilk növbədə faktları dəqiqləşdirməli, tam obyektiv münasibət ortaya qoymalı, peşə etikasına riayət etməlidir. Lakin təəssüflər olsun ki, hələ də bəzi xəbər saytlarında ara-sıra bu və ya digər formada yoxlanılmamış, təhrif edilmiş faktların, qərəzli münasibətin əks olunduğu yazılar dərc olunur. Nəticədə isə ictimaiyyət arasında yanlış fikir yayılır, ancaq sonradan həqiqət üzə çıxdıqdan sonra jurnalistikaya inam azalır ki, bu da Azərbaycan mətbuatının nüfuzuna xələl gətirir.


Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
30 d. əvvəl
Sahibkar Vüsal Qurbanov "ilişdi" - “AUXs” adlı kondisionerlərin satışında cinayət tərkibi
-
-
36 d. əvvəl
Haqsız rəqabətə yol verilib - 6 təsərrüfat subyekti barəsində qərar qəbul edilib
- 37 d. əvvəl
- 51 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank mikro sahibkarlar üçün keçirdiyi “Payız endirimi” kampaniyasını uzadıb
-
1 saat əvvəl
Dövlət Dəniz və Liman Agentliyi dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır
-
1 saat əvvəl
“SİMA İmza” ilə daha 30-a yaxın elektron vergi xidmətinə əlçatanlıq təmin edildi
-
1 saat əvvəl
Azərbaycanın Milli Etalon Vaxtı - UTC (AZ) beynəlxalq səviyyədə təsdiqləndi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Sahibkar Vüsal Qurbanov "ilişdi" - “AUXs” adlı kondisionerlərin satışında cinayət tərkibi
“Finex Kredit” yeni imtiyazlı səhmlər buraxmaq istəyir
Çörək şirkəti adını və təşkilati-hüquqi formasını dəyişib
iPhone 17 Çində satış rekordu qırdı
Azərbaycan neftinin son qiyməti
Naxçıvanda 8635 daşınmaz əmlak qeydiyyata alınıb
Bank 40-cı filialını Göyçayda açdı
Azərbaycanın avtomobil şirkəti özünün logistika şirkətini qurur
BİRMARKET-də ŞOOOK Cümə!
Rəsmi məzənnələr açıqlandı
Babəkdə "Group Motors” satış və servis mərkəzi açıldı - Burada Mazda, Mitsubishi, Ford və Subaru modelləri satılacaq




















.jpg)


