Azərbaycanda sement istehalı 13 faizdən çox artıb
Tikinti materiallarının istehsalı sahəsində 2024-сü ilin yanvar-iyun aylarında istehsalın ümumi dəyəri 642,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,7 faiz artmışdır.
Marja xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
Qeyd edilib ki, dövr ərzində sementdən, betondan kərpiclər və oxşar məmulatların istehsalı 3,1 dəfə, asfalt istehsalı 44,9 faiz, beton istehsalı 32,2 faiz, tikinti gipsinin istehsalı 24,9 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 16,8 faiz, sement istehsalı isə 13,3 faiz artmışdır.
2024-cü ilin yanvar-iyun aylarında 1 milyon 997 min ton istehsal edilib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,3% çoxdur.
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2024-сü ilin yanvar-iyun aylarında 656,7 milyon manatlıq məhsul istehsal olunmuş, metallurgiya sənayesi məhsullarının istehsalında 32,0 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 13,9 faiz artım müşahidə olunmuşdur.
2024-сü ilin yanvar-iyun aylarında metallurgiya sənayesi üzrə mis məftilin istehsalı 3,6 dəfə, alüminium məmulatlarının istehsalı 64,9 faiz, armatur istehsalı 31,9 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı isə 1,9 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 10 d. əvvəl
- 50 d. əvvəl
-
-
55 d. əvvəl
"Hörmüz gərginliyi Avropada qaz qiymətlərini 100 avrodan yuxarı qaldıra bilər"
-
56 d. əvvəl
"Air China" Pekin–Pxenyan reyslərini altı ildən sonra bərpa edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
-
2 saat əvvəl
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tramp: “İranın neft resurslarını və Xərq adasını ələ keçirmək istəyirəm”
-
3 saat əvvəl
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Alüminium bazarında müharibə şoku
Hörmüzdə başlayan neft şoku Qərbə doğru yayılır
Ən çox oxunanlar
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
Martın 28-də gözlənilən hava şəraiti




















