Azercell Biznes “Mobil Cihazların İdarə Edilməsi” həllini təqdim edir
Yeni xidmət şirkətlərə korporativ cihazları vahid həll vasitəsilə effektiv şəkildə idarə etmək imkanı verir(®) İnnovativ məhsulları ilə müştərilərinin kibertəhlükəsizlik imkanlarını gücləndirməyi hədəfləyən Azercell Biznes “Mobil Cihazların İdarə Edilməsi” həllini istifadəyə verir. İş tapşırıqlarının məsafədən yerinə yetirilməsi məqsədi ilə əməkdaşlarını smartfon, planşet, əl terminalları və s. mobil cihazlarla təmin edən şirkətlər bu yenilikdən faydalana biləcək.
Yeni həll şirkətdə informasiya təhlükəsizliyinin qorunması, korporativ cihazlar üzərində mərkəzləşdirilmiş idarəetmə və nəzarət sistemi kimi bir çox üstünlükləri özündə cəmləşdirir. Bununla da “Mobil Cihazların İdarə Edilməsi” təşkilatda insan resurslarından səmərəli istifadəni təmin edir və ümumilikdə şirkətdaxili xərclərin optimallaşdırılmasına töhfə verir:
-Təhlükəsizlik: şirkət sirrinin qorunmasını təmin etmək üçün cihazın müəyyən funksiyalarının aktivləşdirilməsi/deaktivləşdirilməsi, cihaz itdiyi/oğurlandığı halda korporativ məlumatların cihazdan dərhal silinməsi və ya cihazın bloklanması imkanı;
-Nəzarət: mərkəzləşdirilmiş idarəetmə, lokasiya nəzarəti, eyni anda bir neçə cihazda müxtəlif əməliyyatlar icra etmək, istifadə hesabatlarını canlı izləmək, şirkət məlumatlarını (fayl, tətbiq və s.) asanlıqla yükləmək/silmək imkanı;
-Məsafədən idarəetmə: yarana biləcək nasazlıqların operativ şəkildə müəyyən edilməsi və aradan qaldırılması, şirkət siyasətinə uyğun olmayan istifadənin qarşısını almaq üçün cihazlara müxtəlif qaydaların tətbiq edilməsi.
Müştəri məmnuniyyətini hər zaman diqqət mərkəzində saxlayan Azercell Biznes innovativ həlləri ilə abunəçilərinə rəqəmsallaşan biznes mühitində dəstək olmağa davam edəcək.
“Mobil Cihazların İdarə Edilməsi” haqqında ətraflı məlumat üçün: Cihazlarınızın təhlükəsizliyi və onlara nəzarət - "Mobil cihazların idarə edilməsi" | Azercell Biznes
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
4 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 16 d. əvvəl
- 18 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















