Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
Çərşənbə axşamı Almaniyada və Avrozonada ÜDM göstəricilərinin dərc olunması ərəfəsində dollar major valyutalar qarşısında bir qədər bahalaşır. EUR/USD, GBP/USD və USD/JPY valyuta cütlükləri müvafiq olaraq 1.0820, 1.2848 və 154.660 səviyyələrində ticarət olunurlar. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.03% artaraq 104.59 bənd təşkil edib.
Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin statistika bürosunun məlumatına əsasən, ölkədə mövsümi düzəlişlər nəzərə alınmaqla işsizlik səviyyəsi may ayı ilə müqayisədə iyun ayında 2.6%-dən 2.5%-ə qədər enib. Analitiklər göstəricinin 2.6% səviyyəsində qalacağını proqnoz edirdilər.
İyun ayında ölkədə işsizlərin sayı 1.81 milyon nəfər təşkil edib ki, bu da ötən il ilə müqayisədə 20 min nəfər (1.1%) çoxdur. Yaponiya əhalisinin işləməyən hissəsi, o cümlədən 65 yaşdan yuxarı insanlar, illik müqayisədə 650 min nəfər (1.6%) azalaraq 39.91 milyon nəfər təşkil edib.
Həmçinin bugün ABŞ-da statistik göstəricilərin açıqlanması ərəfəsində qızılın qiyməti yüksəlir. Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr ayı üzrə fyuçerslərinin qiyməti 6.45$ və ya 0.27% artaraq 1 troy unsiyası üçün 2431.95$-a qədər yüksəlib. Qızılın spot qiyməti isə 2388$ təşkil edir.
Bugün Almaniyada dərc olunacaq inflyasiyaya dair göstəricilər investorların diqqət mərkəzində olacaq. Belə ki, analitiklərin fikrincə, ölkədə iyul ayında illik inflyasiya, ilkin hesablamalara görə, iyun ayında olduğu kimi 2.2% təşkil edib. Ölkənin Federal Statistika Bürosu (Destatis) müvafiq məlumatları Bakı vaxtı ilə saat 16:00-da dərc edəcək.
Eləcə də, “Destatis” Almaniya ÜDM-i ilə bağlı məlumatları dərc edəcək. Analitiklər hesab edirlər ki, 2024-cü ilin ikinci rübündə göstərici illik ifadədə dəyişməz qalıb, rüblük ifadədə isə 0.1% artıb.
Avropa statistika agentliyi “Eurostat” ikinci rüb üzrə Avrozonanın ÜDM dinamikasının ilkin qiymətləndirməsini dərc edəcək. Ekspertlər ÜDM-in illik ifadədə 0.6%, rüblük ifadədə isə 0.2% artdığını ehtimal edirlər.
Bakı vaxtı ilə saat 18:00-da “Conference Board” analitik şirkəti ABŞ-da İstehlakçı İnamı İndeksini dərc edəcək.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
20 d. əvvəl
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
-
30 d. əvvəl
"Tramp İranın neftini və uranını ələ keçirmək üçün əməliyyatları nəzərdən keçirir”
-
- 34 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hörmüz gərginliyi Avropada qaz qiymətlərini 100 avrodan yuxarı qaldıra bilər"
-
1 saat əvvəl
"Air China" Pekin–Pxenyan reyslərini altı ildən sonra bərpa edib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
-
3 saat əvvəl
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
Ən çox oxunanlar
Alüminium bazarında müharibə şoku
Hörmüzdə başlayan neft şoku Qərbə doğru yayılır
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir


























