“PASHA Bank Cup VI” yarışına start verildi
Yarış zamanı yüksək nəticələr göstərən iştirakçılar Bankda işləmək imkanı əldə edəcəklər.
(®) Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” gənc istedadlara dəstək göstərilməsi istiqamətindəki fəaliyyətini davam etdirir. Belə ki, Bank, İT sahəsində təhsil alan və çalışan bacarıqlı kadrları üzə çıxarmaq, eləcə də sözügedən sahənin inkişafına töhfə vermək məqsədilə sayca altıncı olan “PASHA Bank Cup” yarışına start verib.
Texnologiya və maliyyə sahəsində yeniliklər etmək və əməkdaşlıq qurmaq üçün parlaq zehinləri və yaradıcı düşüncə sahiblərini bir araya gətirən bu ənənəvi müsabiqədə, məktəblilər, tələbələr və peşəkar proqramçılar fərqli mövzularda biliklərini sınayacaq. Yarış iştirakçılara yeni fundamental biliklər əldə etmək, bacarıqlarını artırmaq və peşəkar keyfiyyətlərini nümayiş etdirmək üçün geniş fürsətlər yaradır.
“Data strukturları və alqoritmləri” mövzusunu əhatə edən “PASHA Bank Cup VI” yarışı 2 təsnifat və 1 final mərhələsindən ibarət olacaq. Müsabiqəyə qatılmaq istəyən proqramçılara hər bir mərhələdən öncə mövzu, hazırlaşmaq üçün mənbə və vaxt veriləcək. Onlayn keçirilən təsnifat mərhələlərində ən çox bal toplayan iştirakçılar yarışın oflayn şəkildə keçiriləcək final mərhələsinə qatılacaq və "PASHA Bank Cup VI" kuboku uğrunda mübarizə aparacaq.
Hər yaş kateqoriyasında ilk üç yerin qalibləri “PAŞA Bank” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaq. Ən əsası isə, yarış zamanı yüksək nəticələr göstərən iştirakçılar Bankda işləmək imkanı əldə edəcəklər.
"PASHA Bank Cup VI" yarışsının ilk təsnifat mərhələsi 16-18 avqust 2024-cü il tarixində onlayn rejimdə keçiriləcək. Bu mərhələnin mövzusu “Data strukturları, axtarış və sıralama alqoritmləri” olacaq. İştirakçılardan yarışa başladıqdan sonrakı 4 saat ərzində təqdim edilən 6 sualı bitirmək tələb olunacaq.
“Dinamik proqramlaşdırma və qraflar” mövzusunda olan ikinci təsnifat mərhələsi 30 avqust -1 sentyabr tarixlərində keçiriləcək. Yarışın final mərhələsi 29 sentyabrda Bakı Mühəndislik Universitetində baş tutacaq.
Yarışa qoşulmaq üçün hər təsnifat mərhələsinin başladığı tarixdə müsabiqənin müvafiq saytında, "PAŞA Bank"ın sosial şəbəkə platformalarında və rəsmi "Digital Engineering" adlı Telegram kanalında paylaşılacaq linkə keçid alıb imtahanda iştirak etməyiniz kifayətdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
7 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
7 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
7 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 7 saat əvvəl
-
7 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
8 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 8 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
