"SOCAR Turkiyə" şirkətində yeni təyinat
Həmyerlimiz Tural Vəzirov "SOCAR Turkiyə" şirkətinin Neft emalı və neft-kimya bölməsində (STAR Rafineri, PETKİM Petrokimya Holding, SOCAR depolama və s.) yüksək vəzifəyə təyin olunub. Satınalmalar və Müqavilələr üzrə direktor vəzifəsinə təyinat alan Tural Vəzirov bu barədə öz sosial şəbəkə hesabı olan "Linkedin" platformasında məlumat paylaşıb.
Tural Vəzirov 2015-2023 cü illərdə "PAŞA" şirkətlər qrupuna daxil olan "PMD Group" və "PMD Projects" şirkətlərində satınalmalar və kommersiya direktoru vəzifələrini icra edib. O, 2020-2024-cü illərdə Amerika-Azərbaycan Ticarət Palatasında Satınalmalar komitəsinin sədri kimi satınalmalar və tədarük zəncirinin idarəolunması sahəsində biznes mühitinin yaxşılaşdırılması sferasında töhfələri ilə, həmçinin tikinti sektorunda ardıcıl bir neçə il tədarükçülərin idarəoluması forumlarının təşkili və moderatorluğu ilə biznes camiəsində tanınmaqdadır.
Satınalmalar sahəsində Böyük Britaniyanın Chartered İnstitute of Procurement and Supply təşkilatından Chartered MCİPS və ABŞ ın World Commerce & Contracts təşkilatından CCMP dərəcələrinə sahib olan cənab Vəzirov, Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr dərəcəsi almaqla yanaşı Harvard Biznes School və digər nüfuzlu beynəlxalq tədris mərkəzlərindən müxtəlif ixtisasartırma və sertifikasiya proqramlarından məzun olmuşdur.
"SOCAR Turkiyə" şirkəti, Türkiyə iqtisadiyyatıma yatırım edən ən böyük xarici investor (ümumilikdə SOCAR tərəfindən qardaş ölkənin iqtisadiyyatına 20 milyard dollara yaxın investisiya qoyulub) olmaqla yanaşı , Türkiyənin ən böyük tam inteqrasiya olunmuş neft emalı kompleksinə malikdir. İzmirdə Aliaga yarımadasında yerləşən kompleksdə neft emalı, müxtəlif neftkimya məhsullarının istehsalı, depolama xidmətləri, əmlakların idarə olunması, neft ticarəti və Socar Ar-Ge müəssisələri fəaliyyət göstərməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




