Səudiyyə Ərəbistanının neft şirkətinin xalis mənfəəti 10% azalıb
Şirkətin hesabatına görə, bu rəqəm 56 milyard 342 milyon dollar təşkil edibSəudiyyə Ərəbistanının neft şirkəti Saudi Aramco-nun 2024-cü ilin yanvar-iyun aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 10% azalaraq 56 milyard 342 milyon dollar təşkil edib.
Eyni zamanda, ikinci rübdə mənfəət birinci rüblə müqayisədə 7% artaraq 29 milyard 70 milyon dollar təşkil edib.
İkinci rübdə Saudi Aramco neft satışlarının orta qiyməti birinci rübdəki 83 dollar/barelə qarşı 85,7 dollar təşkil edib. İlin ilk 6 ayında orta qiymət 2023-cü ilin eyni dövründəki 79 dollar/barelə qarşı 84,3 dollar/barelə çatıb.
İkinci rübdə Saudi Aramco karbohidrogen hasilatı gündəlik 12,3 milyon barel neft ekvivalenti (birinci rüblə müqayisədə mənfi 0,8%) təşkil edib. Səudiyyə Ərəbistanı bir sıra OPEC+ ölkələri ilə razılaşmalar çərçivəsində könüllü olaraq 2023-cü ilin mayından 2025-ci ilin sonuna qədər neft hasilatını gündəlik 500 min barel azaldır. 2023-cü ilin iyulundan 2024-cü ilin sentyabr ayının sonuna kimi krallıq könüllü olaraq neft hasilatını daha 1 milyon barel azaldır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















.jpg)
