Unibankda yeni təyinat olub
Unibank-da Mikro kreditləşmə sahəsinin satış Mərkəzi yaradılıb. Bəxtiyar Bəxtiyarov yeni yaradılan Mərkəzin rəhbəri təyin edilib.
Unibank KB yeni strategiyasına uyğun olaraq ilin əvvəlindən etibarən biznes seqmentlərinə xidmətə əhəmiyyətli dərəcədə fokuslanmaqda davam edir. Biznes üzrə inkişaf templəri ümumi portfelin həcmində biznes kreditlərinin artımında da özünü göstərir.
Bankda bu günlərdə Mikro kreditləşmə sahəsinin satış Mərkəzinin yaradılması isə “Unbank”ın biznes məhsulları və xidmətlərinin mikro və kiçik sahibkarlar üçün daha da əlçatan olmasına imkan verəcək. Bank rəhbərliyinin qərarı ilə Bəxtiyar Bəxtiyarov yeni yaradılan Mərkəzin rəhbəri təyin edilib.
Qeyd edək ki, Bəxtiyar Bəxtiyarov bankçılıq sektorunda 17 ilə yaxındır ki fəaliyyət göstərir. Bu təyinatadək o, Accessbankda müxtəlif vəzifələrdə, son olaraq filial müdiri vəzifəsində çalışıb.
Bəxtiyar Bəxtiyarov yerli və bir sıra nüfuzlu xarici universitetlərdə təhsil alıb. Türkiyənin Boğaziçi Universitetində Mini MBA təhsilini bitirib.
XXX
1984-cü ildə Zəngilan rayonunda anadan olmuşdur.
Təhsili:
2001-2005-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasında Menecment ixtisası üzrə təhsil almışdır.
2005-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi üzrə təhsil almışdır.
Əmək fəaliyyəti:
2001- 2002-ci illərdə özəl şirkətlərdə satış analitiki kimi fəaliyyətə başlamışdır. Şirkətlərdə effektiv satışı üzrə tədqiqatlar aparmış, səmərəli satış bazasının qurulmasında analitik dəstək olmuşdur.
2002-2006-cı illərdə bələdiyyələr və sosial layihələr sahəsində təlimçi və Layihə Meneceri kimi çalışmışdır, beynəlxalq qeyri – hökumət təşkilatları ilə əməkdaşlıq edən yerli ictimai təşkilatların layihələrində Layihə konsultantı və təlimçi kimi iştirak etmişdir.
2006-2007-ci illərdə isə “Bees Group” şirkətində İnsan resursları departamentində direktor müavini vəzifəsində çalışmışdır.
2008-ci ildən “Accessbank” QSC-də kiçik kredit mütəxəssisi kimi fəaliyyətə başlamışdır.
2008-2011-ci illər “Accessbank” QSC-də kredit mütəxəssisi kimi çalışmışdır.
2011-2013-cü illər “Accessbank” QSC-də Aparıcı kredit mütəxəssisi kimi çalışmışdır.
2013-2018-ci illər “Accessbank” QSC-də Komanda rəhbəri kimi çalışmışdır.
2018-2019-cu illərdə “Accessbank” QSC-də Filial müdirinin müavini/ KOB kreditləri üzrə Menecer vəzifəsinə yüksəlmişdir.
2019-2020-ci illər “Accessbank” QSC-də Salyan filialinin rəhbəri vəzifəsində çalışmışdır.
2021-ci ildən “Accessbank” QSC-də Nərimanov filialının rəhbəri vəzifəsində çalışmışdır.
O, Bankda çalışdığı illər ərzində mikro, kiçik və orta sahibkarlıq və korporativ bankçılıq sahəsində zəngin təcrübəyə yiyələnmişdir.
ABŞ-ın nüfuzlu universiteti olan Massaçuset İnformasiya Texnologiyaları universitetindən “Mikro iqtisadiyyat”, Harvard universitetindən “Tətbiqi liderlik: əsas prinspilər” və London Universitetindən “Müasir şirkətlərin idarəedilməsi” üzrə (onlayn kurslardan müvəffəqiyyətlə keçərək) sertifikatlar əldə etmişdir.
Bundan əlavə özəl şirkətlərlə strateji idarəetmə istiqaməti və komanda quruluculuğu üzrə konsaltinq tipli xidmətlərin göstərilməsində 3 ildən artıq praktiki biliklərə və təcrübəyə sahibdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
12 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
14 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
14 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
14 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 14 saat əvvəl
-
14 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
15 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 15 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
