KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun ilk iclası keçirilib
Müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun ilk iclası keçirilib.
Koordinasiya Qrupunun sədri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkədə sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi tədbirləri barədə məlumat verib. Qeyd olunub ki, qarşıdakı ortamüddətli dövr üçün hədəflərə nail olunmasında fəaliyyətdə olan bizneslərin 99%-dən çox hissəsini təşkil edən KOB subyektləri əhəmiyyətli rol oynayır. KOB sektorunun dayanıqlığının artırılması, məhsuldarlığın yüksəldilməsi, KOB-ların böyüməsinin dəstəklənməsi, qarşılaşdıqları maneələrin operativ həlli, hüquqi və tənzimləyici çərçivələrin yeni reallıqlara uyğun təkmilləşdirilməsi, rəqəmsallaşmanın və “yaşıl” yanaşmaların tətbiqinin sürətləndirilməsi, yüksək əlavə dəyər yaradan sahələrdə KOB subyektlərinin sayının artırılması başlıca hədəflər sırasındadır. Bu hədəflərə nail olunmasında, o cümlədən KOB-ların inkişafının daha geniş dəstəklənməsi, aktual məsələlərin çevik həlli üçün aidiyyəti dövlət qurumlarının birgə fəaliyyəti vacibdir. Koordinasiya Qrupu bu baxımdan əlverişli platforma olacaqdır.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Koordinasiya Qrupunun fəaliyyətinin təşkili ilə bağlı məlumat verib. Bildirilib ki, KOB-lara dəstək məqsədilə KOBİA fəaliyyətini ikitərəfli və çoxtərəfli layihə və təşəbbüslər, sahəvi görüşlər və ictimai müzakirə platformaları vasitəsilə maraqlı tərəflərin sektordakı proseslərə yaxından cəlb edilməsi üzərində qurub. Koordinasiya Qrupunun yaradılması ilə əlaqələndirmə və iştirakçılıq məsələləri məzmun və keyfiyyət baxımından yeni, daha strateji mərhələyə keçib. Qarşıdakı dövrdə Qrupun fəaliyyətinin daha çevik təşkili məqsədilə xüsusi məsələlər üzrə bir neçə qurumun nümayəndələrinin iştirakı ilə operativ müzakirə platformalarının və ya tematik işçi qruplarının yaradılması hədəflənir. KOB sektorunun inkişafına yönəldilmiş fəaliyyətin ölkəmizdə biznes mühitinin daha da təkmilləşməsinə, eləcə də beynəlxalq reytinqlər üzrə mövqeyinin güclənməsinə əlavə dəstək verə biləcəyi nəzərə alınaraq, Koordinasiya Qrupunda müzakirə ediləcək məsələlər və təşəbbüslər Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasına da təqdim ediləcək.
İclasda biznesin maliyyə yükünə dair mövcud vəziyyət və hədəflərə, KOB evlərində G2B xidmətlərin səmərəli təşkilinə, yeni yaradılacaq KOB evləri üzrə dövlət qurumları ilə fəaliyyətin koordinasiyasına dair təqdimatlar keçirilib, müzakirələr aparılıb və dövlət qurumlarının təklifləri dinlənilib.
Koordinasiya Qrupunun üzvləri həmçinin, “Bakı KOB evi”ndə sahibkarlara G2B və B2B xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə də tanış olublar.
Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə Koordinasiya Qrupunun yaradılması 2 dekabr 2022-ci il tarixli “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanunla təsbit edilib. Nazirlər Kabinetinin 2024-cü il 13 yanvar tarixli Qərarı ilə isə KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupu yaradılıb və əsasnaməsi təsdiq olunub. Koordinasiya Qrupu KOB-ların inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi, KOB evlərində Koordinasiya Qrupunda təmsil olun dövlət orqanları ilə KOBİA arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsi məqsədilə Agentlik yanında yaradılmış dövlət orqanlarının nümayəndələrindən ibarət ictimai əsaslarla daimi fəaliyyət göstərən kollegial orqandır. Koordinasiya Qrupunda 30-a yaxın dövlət qurumunun nümayəndəsi təmsil olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 10 d. əvvəl
- 30 d. əvvəl
-
41 d. əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!





















