Xalq Bankdan Visa Platinum Business kartını pulsuz əldə edin
(®) Xalq Bank biznes sahibləri üçün növbəti kampaniyaya start verir. 12 sentyabradək fərdi sahibkar və hüquqi şəxslər Xalq Banka müraciət edərək 1 illik Visa Platinum Business kartını pulsuz, 2 və 3 illik kartı isə satış qiymətinə 50% endirimlə sifariş edə bilərlər.
Müştərilər Visa Platinum Business kartını əldə edərək işgüzar səfərlər zamanı dünyanın istənilən nöqtəsində premium xidmətlərdən rahatlıqla yararlanma imkanı əldə edirlər. Kart öz sahibinə səfər zamanı səyahət sığortası, LoungeKey proqramı çərçivəsində müxtəlif hava limanlarının biznes zallarına ödənişsiz keçid, peşəkar Visa konsyerj servisi, eləcə də hava limanlarında fəaliyyət göstərən sürətli keçid (Fast Track) xidmətini təklif edir. Özü və əməkdaşları tez-tez ezamiyyətlərdə olan biznes sahibləri Visa Platinum Business kartının sərfəli şərtləri və xərclərə nəzarət imkanlarından faydalana bilərlər. Kart hesabına onlayn nəzarət və müxtəlif bank əməliyyatlarının məsafədən icrası XalqOnline mobil tətbiqilə rahatlıqla mümkündür. Kart müxtəlif valyutalarda və 1/2/3 il müddətinə təqdim edilir.
Kart sifarişini Bankın filiallarında, yaxud XalqOnline tətbiqində həyata keçirmək mümkündür.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
36 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
52 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
56 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





