Rusiyanın idxalında rublun payı rekord səviyyədədir
İyun ayında rublun Rusiya idxalında payı 42,9 faizlə rekord həddə çatıb.Rusiyanın idxalında rublun payı rekord səviyyədədir. Marja xəbər verir ki, Rusiya Mərkəzi Bankının yaydığı məlumatlarda rublun və bəzi xarici valyutaların xarici ticarətdə istifadə səviyyələri ilə bağlı (xüsusi çəkiləri) məlumatlar yer alıb.
Belə ki, Rusiyanın Avropadan idxalında rublun payı iyun ayında may ayı ilə müqayisədə 4,3 faiz bəndi artaraq 58,7%, Afrikadan idxalında isə 9,3 faiz bəndi artaraq 54,1% olub.
Bu bölgələrdəki artımların təsiri ilə rublun Rusiyanın cəmi idxalındakı payı iyun ayında 42,9 faizlə rekord səviyyəyə çatıb. Rublun ölkə ixracındakı payı iyunda əvvəlki ayla müqayisədə 5,8 faiz bəndi artaraq 43 faizə yüksəlib.
Məlumatlara görə, may ayı ilə müqayisədə iyunda Rusiyanın xarici ticarətində dollar və avronun payı 20,1 faizdən 18,3 faizə düşüb.
Rusiya Qərb ölkələrinin sanksiyalarına görə xarici ticarətində “zəhərli” hesab etdiyi dollar və avronun payını azaltmağa çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




