Azərbaycanda sığortalanacaq investisiyaların yuxarı həddi müəyyən edilib
Azərbaycanda ödəmə qabiliyyətini itirmiş investisiya şirkətlərində investorların pul vəsaitlərinin və maliyyə alətlərinin itirilməsi riski üzrə sığortalanacaq məbləğin maksimal həddi 100 min manat səviyyəsində müəyyən edilib.
Bunu Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" (AFBİA) İctimai Birliyinin icraçı direktoru Murad Yəhyayev bildirib.
Onun sözlərinə görə, bununla bağlı “Əmanətlərin Sığortalanması haqqında” qanuna investisiya hesablarının sığortalanması ilə bağlı dəyişiklik ediləcək.
M.Yəhyayev investisiya hesablarının sığortalanması məsələsinə aydınlıq gətirərək bildirib ki, investisiya şirkəti müflis olduqda, müştərinin investisiya hesabında olan 100 min manata qədər olan vəsait kompensasiya ediləcək.
"Banklar müflis olduqda hesablarında olan sığortalanmış əmanətlər kompensasiya edildiyi kimi, investisiya şirkəti də müflis olduqda investisiya hesablarındakı pul vəsaitləri sığortalandığı halda sahiblərinə qaytarılacaq", - AFBİA-nın rəhbəri qeyd edib.
Onun sözlərinə görə, sığorta investisiya hesabında yerləşdirilən valyutasından aslı olmayaraq maksimum hədd 100 min manat ekvivalentində olmaqla bütün vəsaitlərə şamil ediləcək.
Qeyd edək ki, 2021-ci ilin aprelindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin 20 min manatdan çox olmayan məbləğdə əmanətləri, həmçinin vətəndaşların 100 min manatadək əmanətləri sığorta sisteminə daxildir (xarici valyutada depozitlər üzrə isə 100 min manat ekvivalentində). Azərbaycanda 1 iyun 2020-ci ildən əmanətlərin illik sığortalanma faizi manat əmanətləri üzrə 12 %, xarici valyuta əmanətləri üzrə isə 2,5 %-dir.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)





.jpg)









