“Azercell”in ofislərində rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması təmin edilib
“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan “Azercell Telekom” MMC bu istiqamətdə daha bir yeniliyə imza atır.
02.09.2024 tarixindən etibarən Azercell ofislərində rəqəmsal şəxsiyyət vəsiqəsini təqdim edən abunəçilər tam xidmət spektrindən yararlana biləcəklər. Layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlıq əsasında həyata keçirilir.
Belə ki, “mygov” tətbiqi vasitəsilə şəxsiyyəti təsdiq edən məlumatları göstərən müştərilər Azercell Eksklüziv ofislərində istənilən əməliyyatı həyata keçirmək imkanı əldə edirlər. Bununla da müştəri məmnuniyyətini hər zaman diqqət mərkəzində saxlayan Azercell abunəçilərinə daha operativ və rahat şəkildə xidmət göstərilməsini, eləcə də məlumat təhlükəsizliyini təmin edir. Bu yenilik tez bir zamanda Azercell-in bütün diler mağazalarında da əlçatan olacaq.
Qeyd edək ki, bu dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2024-cü il 16 iyul tarixli Fərmana əsasən icra edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir




















