Yaşıl Dünya Naminə Həmrəylik İli – Embawood Ekoloji Velosiped Turu
(®) 31 Avqust tarixində "EmbaWood" MMC tərəfindən dəniz kənarı bulvarda ətraf mühitin mühafizəsi və ekoloji şüurun artırılması məqsədilə "Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində velosiped turu təşkil edilib.
Yarışda şirkətin əməkdaşları və bu sahəyə həvəsi olan sıravi vətandaşlar da iştirak edib.
Start dəniz kənarı bulvar ərazisində yerləşən “Dəniz Mall”ın qarşısından başlayıb. İştirakçılar “Su İdman Sarayı”nın yaxınlığında finiş xəttinə çatıblar. Tədbir marşrutu boyunca iştirakçılara ətraf mühitin qorunması ilə bağlı məlumatlar verilib.
Layihənin keçirilməsində əsas məqsəd ekoloji təmiz nəqliyyat vasitəsi kimi velosipedlərin istifadəsini təşviq etmək, ətraf mühitin qorunmasına dair mesajları yaymaq və əməkdaşlar arasında ekoloji şüurun artırılmasıdır.
Eyni zamanda bu tədbir "Embawood" MMC-nin ətraf mühitin qorunması, ekoloji davamlılıq və həmrəylik məsələlərinə olan sadiqliyinin göstəricisidir. Embawood ətraf mühitin qorunması mövzusunda yüksək dəyərlərə malikdir və bu kimi layihələrlə həm əməkdaşlarını, həm də cəmiyyətimizi bu məsələlərdə daha da məlumatlandırmaq üçün çalışır.
Qeyd edək ki, bu təşəbbüs 2024-cü ilin Prezident İlham Əliyev tərəfindən "Yaşıl Dünya" və "Həmrəylik İli"nin qeyd edilməsi ilə əlaqədar olaraq həyata keçirilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 21 saat əvvəl
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























