FMG şirkəti şəhid və qazi ailələrinin övladlarına məktəb ləvazimatları hədiyyə edib
30-dan artıq şagirdə məktəbli çantası və məktəb ləvazimatları təqdim olunub(®) "Facility Management Group" (FMG) şirkətinin kollektivi yeni tədris ili münasibətilə birinci sinfə gedən bir qrup Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladları və ailələri ilə görüşüb. 30-dan artıq şagirdə məktəbli çantası və məktəb ləvazimatları təqdim olunub. Bundan əlavə uşaqlar “Zefir Mall” alış-veriş və əyləncə mərkəzində xoş vaxt keçiriblər.
Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhid və qazilərin övladları onlara təqdim olunan hədiyyələri, oyuncaq və məktəb ləvazimatlarını maraqla qarşılayıblar.
Qeyd edək ki, Facility Management Group şirkətinin həyata keçirdiyi korporativ sosial məsuliyyət tədbirləri içərisində şəhid ailələri və qazilərə dəstək xüsusi yer tutur.
Xatırladaq ki, Facility Management Group əmlak bazarında yeddi ildən artıq müddətdir ki, fəaliyyət göstərir. Ofis və yaşayış binaları, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən ölkənin aparıcı şirkətlərindən biridir.
https://www.facebook.com/fmg.azerbaijan/
https://www.instagram.com/fmg.az/
https://www.linkedin.com/company/fmgazerbaijan
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
2 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























