Qazaxıstan “Moody's”dən tarixindəki ən yüksək reytinqi alıb
Qazaxıstan “Moody's” beynəlxalq reytinq agentliyinin şkalası üzrə tarixindəki ən yüksək reytinqi alıb.
Bu barədə Qazaxıstanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
“Sentyabrın 9-da “Moody's” beynəlxalq reytinq agentliyi Qazaxıstan Respublikasının uzunmüddətli reytinqini “Baa2”dən “Baa1”ə qaldırıb, proqnoz isə “sabit”dir. Agentlik tərəfindən verilən reytinq ölkənin müstəqillik tarixindəki ən yüksək reytinqdir”, - məlumatda deyilir.
Qurumun məlumatına görə, Qazaxıstanın kredit reytinqinin artması iqtisadiyyatın şaxələndirilməsinin sabit tempi ilə birlikdə institusional və siyasi mühitin davamlı yaxşılaşması ilə bağlıdır.
“Moody's” Qazaxıstanın aşağı səviyyəli və yüksək əlçatan olan borcları ilə xarakterizə olunan etibarlı iqtisadi göstəricilərini, habelə hökumətin büdcə kəsirini ÜDM-in 2,5-3 %-i səviyyəsində saxlamaq üçün ehtiyatlı siyasətini vurğulayır”, - nazirlikdən bildiriblər.
Mətbuat xidmətinin məlumatına görə, hesabatda Qazaxıstan iqtisadiyyatının strukturunda qeyri-neft sektorunun payının artması qeyd olunur ki, bu da ölkənin karbohidrogenlərdən, eləcə də neftin qiymətinin və hasilat səviyyəsinin dəyişməsi ilə bağlı risklərdən asılılığı azaldır.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)





.jpg)

