Elektromobillərin banklar tərəfindən kreditləşməsi kəskin artıb
2022-ci ildən bu tərəfə son 18 ayda elektrik və hibrid minik avtomobillərinin banklar tərəfindən kreditləşməsi say olaraq 8 dəfə, məbləğ olaraq 6.5 dəfə artıbAzərbaycan Respublikasının Mərkəzi Bankı “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığının artırılması üzrə təkliflərin hazırlanması” tədbiri çərçivəsində əsas icraçı qurum kimi aparılan müzakirələrdə aktiv iştirak edərək bu istiqamətdə maliyyə əlçatanlığının artırılmasına öz töhfəsini verir.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, bu tədbir Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi”ndə öz əksini tapır.
Qeyd edilib ki, Mərkəzi Bank artıq 2022-ci ildə ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığının artırılması üzrə öz təkliflərini irəli sürüb və bu istiqamətdə mühüm addımlar atıb. Belə ki, Mərkəzi Bank tərəfindən 2022-ci ildə ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin əldə olunmasında kredit şərtlərində aparılmış yumşalmalar və qaydalara edilmiş dəyişikliklər növbəti dövrlərdə bu növ nəqliyyat vasitələrinin kreditləşməsinə və sığortalanmasına pozitiv təsir göstərib. Həyata keçirilmiş bu təşəbbüslər adıçəkilən nəqliyyat vasitələrinin kreditlə alınmasında əlçatanlıq səviyyəsini artırıb.
Mərkəzi Bank tərəfindən aparılmış requlyativ güzəştlər nəticəsində 2022-ci ildən bu tərəfə son 18 ayda elektrik və hibrid minik avtomobillərinin banklar tərəfindən kreditləşməsi say olaraq 8 dəfə, məbləğ olaraq 6.5 dəfə artıb. Nəticədə 2022-ci ilin sonuna bankların kredit portfelində elektrik və hibrid avtomobillərinin cəmi minik avtomobil portfelində payı 17.8% olduğu halda, cari ilin iyunun 30-u tarixində müvafiq göstərici 59.9% təşkil edib.
Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Fiziki infrastruktur işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə altqrupu”na rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həyata keçirir (https://azranking.az/working-groups).
Müştərilərin xəbərləri
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
- 12 d. əvvəl
- 13 d. əvvəl
- 15 d. əvvəl
-
25 d. əvvəl
Click to Pay with Visa — Epoint-də onlayn checkout üçün yeni standart
-
37 d. əvvəl
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başladı
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Qızıl ABŞ-ın İrana hücumlarından sonra ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 18 GÜN
Neft ABŞ-ın yeni hərbi hücumları ilə bahalaşıb













.jpg)







