GoldenPay Azərbaycanın startap ekosisteminə dəstək üçün “Startup World Cup” ilə tərəfdaşlıq edir
Onlayn ödəniş həlləri təchizatçısı GoldenPay 2024-cü il sentyabrın 19-da ADA Universitetində keçiriləcək qlobal “Startup World Cup” müsabiqəsi ilə tərəfdaşlığını elan edir. Bu mötəbər tədbir dünyanın hər yerindən ən innovativ startapları bir araya gətirir, onlara öz ideyalarını nümayiş etdirmək və qlobal miqyasda tanınmaq üçün platforma təklif edir.
GoldenPay iqtisadi artım və texnoloji tərəqqi üçün innovasiyaların gücünə inanır, çünki Azərbaycanın ilk fintek şirkəti GoldenPay 2007-ci ildə məhz startap kimi təsis edilmişdir. Şirkət 17 il ərzində yerli bazarda onlayn ödənişlər sahəsində istifadəçilərinə daim innovativ həllər təqdim edərək uğur qazanmışdır, həmçinin bu yolda gənc təşəbbüskarlarla təcrübəsini bölüşərək onlara dəstək olmuşdur.
“Technovate”in təşkilatçılığı ilə keçirilən “Startup World Cup” müsabiqəsini dəstəkləməklə GoldenPay istedadlı sahibkarlara öz ideyalarını uğurlu layihələrə çevirməkdə və beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirməkdə kömək etmək məqsədi daşıyır.
“GoldenPay Azərbaycanın rəqəmsal ödəniş həlləri sahəsində ilk şirkəti olaraq yalnız onlayn ödəniş həlləri təqdim etmir, həm də bu həlləri yaradan istedadların yetişdirilməsinə diqqət yetirir. Şirkətimizdə olan startap düşüncə tərzi Azərbaycanda startap və investisiya ekosisteminin gələcəyində böyük rol oynayır. “Technovate”in keçirdiyi “Startup World Cup” müsabiqəsi ilə tərəfdaşlığımız GoldenPay-in innovasiyaları təşviq etmək və gələcək texnoloji istedadlı nəsilləri dəstəkləmək missiyasının əsas hissəsidir. Startapların böyüməsini, inkişafını və beynəlxalq arenada rəqabət aparmaqları üçün imkanların yaradılmasından məmnunuq.” – Eynar Abdullayev, GoldenPay-in Baş icraçı direktoru bildirir
2008-ci ildən fəaliyyətə başlayan "Qoldenpey" ASC Azərbaycanın ilk onlayn ödəniş həlləri təqdim edən şirkətidir. Hal-hazırda "Qoldenpey" ASC müştərilərinə Hesab.az onlayn ödəniş portalı, ekvayrinq və müxtəlif onlayn ödəniş həlləri kimi innovativ rəqəmsal maliyyə xidmətləri təklif edir. "Qoldenpey" ASC şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı www.goldenpay.az saytından, *0713 Çağrı Mərkəzindən və ya rəsmi sosial media səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 21 saat əvvəl
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz





















