Dənizkənarı Bulvar İdarəsi "radara düşdü" - Baş Prokurorluğa müraciət edilib
47,9 milyon manat vəsait ilə bağlı cinayət tərkibinin əlamətləri ehtimal olunur.Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında “Dənizkənarı Bulvar İdarəsi və tabeliyində olan qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib.
"Marja" bu barədə Palataya istinadən xəbər verir.
Bildirilib ki, keçirilmiş uyğunluq auditi ilə 47,9 milyon manat maliyyə vəsaiti olmaqla 2021-2023-cü illər əhatə edilib.
Audit dövlət büdcəsinin vəsaitləri hesabına dövlət sifarişi üzrə öhdəliklərin yerinə yetirilməsinin, dövlət satınalmalarının planlaşdırılması və icrasının, eyni zamanda dövlət əmlakının qorunub saxlanılmasının, idarə edilməsinin və uçotunun aparılmasının bütün əhəmiyyətli aspektlər baxımından audit meyarlarına uyğun olmaması və uyğunsuzluqların əsasən yayılan olması, eləcə də idarəetmə qərarlarının dövlət resurslarından qənaətli istifadə və artıq xərclərin qarşısının alınması baxımından dövlət sektoru kontekstində düzgünlük meyarlarına bir çox hallarda cavab verməməsi və cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə bağlı mənfi rəyin verilməsi ilə nəticələnib.
Müzakirələrin nəticəsinə əsasən auditor hesabatının təsdiq olunmasına, maliyyə uçotu, vergi öhdəliklərinin icrası, eləcə də dövlət əmlakının uçotu sahəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə qurum tərəfindən zəruri işlərin görülməsinə, habelə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub və müraciət edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























