Məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar qazandırıblar
Azercell-in dəstəyi ilə şagirdlərimiz İT sahəsində uğurlu nəticələr göstərməyə davam edirlər
(®) Cari ilin sentyabr ayında məktəblilərimiz informatika fənni üzrə iki beynəlxalq olimpiadada ölkəmizi uğurla təmsil ediblər. Belə ki, 1-8 sentyabr 2024-cü il tarixlərində Misirin İsgəndəriyyə şəhərində məktəblilərin 36-cı Beynəlxalq İnformatika Olimpiadası (IOI), sentyabr ayının 8-12 aralığında isə Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində dünyanın Birinci Beynəlxalq Süni İntellekt Olimpiadası (IAIO) baş tutub.
Beynəlxalq İnformatika Olimpiadasına (IOI) qatılan Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli bürünc medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fuad Qarayev həvəsləndirici mükafata layiq görülüblər. Dünyanın təxmini 90 ölkəsindən 350-yə yaxın iştirakçının yarışdığı 2 günlük müsabiqədə şagirdlər hər gün 5 saat ərzində 3 alqoritmik məsələ həll edərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
25 ölkənin qatıldığı Birinci Beynəlxalq Süni İntellekt Olimpiadasında iştirak edən hər iki şagirdimiz Ayxan Dəmirli və Fuad Qarayev gümüş medal qazanıblar. Elmi sınaqlardan keçmək üçün tələbələr xüsusi olaraq yaradılmış platformadan istifadə edərək süni intellekt metodları ilə problemlərin həllini tapan eksperimental testlər aparıblar.
2017-ci ildən etibarən “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində informatika olimpiadalarına hazırlıq prosesi təşkil olunur. Bu müddət ərzində gənclərimiz mütəmadi olaraq ölkəmizi beynəlxalq səviyyəli müsabiqələrdə təmsil ediblər. Müxtəlif yaş qrupları üzrə proqramlaşdırma olimpiadalarında Azərbaycan komandasının qazandığı ümumi medal sayı 80-ə çatıb. Məktəblilər arasında ən nüfuzlu proqramlaşdırma müsabiqəsi olan Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimiz ümumilikdə 13 (https://stats.ioinformatics.org/results/AZE) medala layiq görülüblər ki, onların 8-i son 5 ildə əldə edilib.
Azercell milli komandamızı təbrik edir və ona davamlı uğurlar arzulayır!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
-
1 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
2 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb

“Bakı Fintex Forumu 2025” keçiriləcək

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı
