FED-in qərarından sonra qızılın qiymətində yeni rekord
Qızılın qiyməti FED-in uzun müddətdir gözlənilən faiz endirimi qərarından sonra 2600 dolları test edərək yeni tarixi zirvəyə yüksəlib.ABŞ Mərkəzi Bankının (FED) 0,50 faiz bəndi faiz endirməsindəndən sonra qızıl daha da bahalaşıb.
Marja.az xəbər verir ki, qızılın unsiyasının qiyməti 2600 dolları görüb. Qızılın qiyməti 2600 dolları test etdikdən sonra geri çəkilərək 2586 dollara düşüb. Qızıl Bakı vaxtı ilə saat 22:50-də 0,6% bahalaşma ilə 2585 dollardan ticarət olunub.
FED rəsmiləri, xüsusilə məşğulluq tərəfindəki vəziyyəti vurğulayaraq faizi 0,50 bənd azaltmağa qərar veriblər. Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların proqnozu 0,25 bəndlik azalma olacağı idi.
Qlobal maliyyə xidmətləri şirkəti "Goldman Sachs Group Inc."ın analitikləri qızılın gələn ilin əvvəlində bir unsiya üçün 2700 dollara qədər bahalaşacağını proqnozlaşdırmışdılar.
Qiymətli metal bu il təxminən 25 faiz bahalaşıb. Qızılın bahalşması tendensiyasını dəstəkləyən digər amillərə mərkəzi banklar və Çin istehlakçıları tərəfindən alışların artması, həmçinin Yaxın Şərq və Ukraynadakı münaqişələr daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır

















.jpg)



