Azərbaycanda kredit bazarı ən böyük 3 bankın əlində cəmləşir
Mərkəzi Bankın dərc etdiyi 2024-cü ilin 1-ci yarımili üzrə Maliyyə Sabitliyi Hesabatında bank sistemində təmərküzləşmə məsələsinə də yer ayrılıb.
Qeyd edilib ki, ötən ilin sonu ilə müqayisədə aktivlər və depozitlər üzrə təmərküzləşmədə nəzərəçarpan dəyişiklik olmasa da, kredit portfeli üzrə təmərküzləşmə artmışdır.
Beynəlxalq təcrübədə də geniş istifadə olunan HHI1 indeksinə əsasən cari ilin ilk yarımilində kredit portfeli üzrə təmərküzləşmə ötən ilin sonu ilə müqayisədə 49 vahid artaraq 1196 təşkil etmişdir. Aktivlər və depozitlər üzrə HHI indeksində əhəmiyyətli dəyişiklik olmasa da, bu göstərici müvafiq olaraq 1484 və 1604-ə bərabərdir ki, bu da təmərküzləşmənin yüksək olduğunu əks etdirir.
Ən böyük 3 bankın sistem üzrə bazar payının dinamikası da 2024-cü ildə kredit portfeli üzrə təmərküzləşmənin artdığını göstərir. Belə ki, 2023-ci il ilə müqayisədə ən böyük 3 bankın kredit portfeli üzrə bazar payı 1.4 faiz bəndi artaraq 53.8% olmuşdur. Aktivlər və depozit portfeli üzrə isə ən böyük 3 bankın bazar payında nəzərəçarpan dəyişiklik olmamışdır.
Qeyd edilib ki, bank sektoru üzrə təmərküzləşmə Mərkəzi Bank tərəfindən daim diqqətdə saxlanılır.
HHİ indeksi beynəlxalq təcrübədə bazarlarda rəqabətliliyin səviyyəsi və təmərküzləşməni qiymətləndirmək üçün istifadə olunur. Amerika Birləşmiş Ştatların Ədliyyə departamentinin təcrübəsinə əsasən bu indeks əsasında bazarlar 3 hissəyə ayrılır: aşağı səviyyədə təmərküzləşmiş bazarlar (HHİ<1500), orta səviyyədə təmərküzləşmiş bazarlar (1500><HHİ<2500), yüksək səviyyədə təmərküzləşmiş bazarlar (HHİ>2500). HHİin dəyəri 0-10000 arasında dəyişir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)




