Azərbaycan şirkətindən kağız vizitkartların yerini alacaq həll
Kağız vizitkart dövrü keçmişdə qalır. Əvəzində bir toxunuşla məlumatlarınızı paylaşmağa imkan verən elektron vizitkartlardan istifadə edən şirkətlərin sayı artmaqdadır. Elektron vizitkart həlli sayəsində hər dəfə yeni kağız vizitkart çap etdirməyə ehtiyac yoxdur."Maffin Tech Solutions" şirkətinin ictimayətlə əlaqələr ofisinin meneceri Məleykə İbrahimova ilə Şirkətin “E-visitcard” məhsulu haqqında mühasibə.
- Məleykə xanım, "Maffin Tech Solutions" şirkəti bazara fərqli məhsullar təqdim etməyə başlayıb. Deyilənə görə, “E-visitcard” məhsulunuz da ənənələri dəyişəcək potensialdadır.
-Bəli. “Maffin Tech Solutions” şirkəti olaraq, ölkə başçımızın imzaladığı sərəncam əsasında Azərbaycan Respublikasında 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi çərçivəsində həm ekoloji, həm də biznes dayanıqlığına töhfə vermək bizimdə bir şirkət borcumuzdur. Bizim bu zaman ərzində hazılardığımız rəqəmsal həllərdən biri də elektron vizitkartlardır. Kağızdan istifadəyə "yox" deyən bu həll, həm ekoloji baxımdan həmçinin ənənəvi vizitkartların yerini alaraq işgüzar əlaqələrinizi daha rahat, müasir və effektiv şəkildə qurmağa imkan yaradır. Beləliklə, siz sadəcə bir toxunuşla iş məlumatlarınızı paylaşır və kağız israfını aradan qaldıraraq ətraf mühitin qorunmasına dəstək olursunuz. Bununla da yaşıl çevrənin genişlənməsinə texnologiyanın təsirinin bir parçası oluruq.
- Elektron vizitkartların üstünlükləri hansılardır?
- Çeviklik və rahatlıq: Elektron vizitkartlar heç bir əlavə tətbiq olmadan, sadəcə bir toxunuşla məlumatlarınızı paylaşmağa imkan verir. Siz əlaqə vasitələrinizlə yanaşı, iş və xidmətinizə aid kataloqlar, şəkillər və fayllarınızıda paylaşa bilirsiniz. Həmçinin siz görüş vaxtlarınızı qeyd edə bilirsiniz və mesajlarınızıda buradan qəbul edə bilirsiniz.
Davamlılıq: Məlumatlarınızı rahatlıqla yeniləyə bildiyiniz üçün hər dəfə yeni kağız vizitkart çap etdirməyə ehtiyac qalmır.
Elektron vizitkartlarımız iş dünyasında kağız dövrünün sona çatdığını göstərir. Əlaqə qurmaq istədiyiniz şəxslər sadəcə "yadda saxla" düyməsini basaraq məlumatlarınızı asanlıqla öz telefonlarına əlavə edə bilərlər. Həmçinin, bu vizitkartı fiziki olaraq daşımağa ehtiyac yoxdur. Sadəcə telefonunuzun "Add Wallet" funksiyası ilə vizitkartı rəqəmsal cüzdanınıza əlavə edərək oradan istifadə edə bilərsiniz.
-Yeni “E-visitcard” məhsulunuz şirkətlər üzçün hansı faydaları təmin edir?
-“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində təqdim etdiyimiz rəqəmsal həllər şirkətlər üçün də böyük fayda yaradır. Elektron vizitkartlardan istifadə edən şirkətlərin hazırda sayı artmaqdadır, ay ərzində bununla bağlı bizə onlarla müraciət daxil olur, buda o deməkdir ki, artıq şirkətlərimiz çevik və müasir iş proseslərinə malik olmaqla yanaşı, ekoloji məsuliyyətlərini hiss edir. Bunu bizim ölkəmizdə görmək bizidə qururlandır və əlbəttdə ki, bu davamiyyət getdikcə artacaqdır.
Biz gələcəkdə də texnologiyanı ətraf mühitin qorunması ilə birləşdirən yeni həllər üzərində çalışmağı hədəfləyirik. “Maffin Tech Solutions” olaraq məqsədimiz yalnız iş proseslərinizi optimallaşdırmaq deyil, həm də təbiətin qorunmasına davamlı töhfə verməkdir. Sizlərində təklifləri bizlər üçün önəmlidir. Bizimlə qeyd etdiyimiz əlaqə vasitələrilə əlaqə qurub öz fikir və təkliflərinizi bildirə bilərsiniz.
-Müsahibəyə görə, təşəkkür edirik.
"Maffin Tech"
Sayt: www.evisitcard.az
Instagram: evisitcard.az
Email: [email protected]
Tel: +994 (77) 220 40 00
Linkedin: maffintech
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 10 saat sonra
-
-
6 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
7 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
7 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
8 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb

























