“Prestij-Kimya” MMC-nin zavodunun təməlqoyma mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sənaye Parkında, həmçinin “Prestij-Kimya” MMC-nin zavodunun təməlqoyma mərasimində iştirak ediblər.
Bildirilib ki, şirkət Sənaye Parkının 2,15 hektar ərazisində dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhlulların istehsalını həyata keçirəcək zavod inşa edəcək. İnvestisiya dəyəri 5,8 milyon manat olan müəssisədə 214 nəfər daimi işlə təmin ediləcək.
Türkiyənin, Çinin, Avropanın qabaqcıl ölkələrinin texnologiyalarından istifadə ediləcək müəssisədə il ərzində 30 min ton müxtəlif dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsal olunması nəzərdə tutulur. Müəssisədə istehsal olunacaq məhsulların daxili bazarla yanaşı, xarici bazarlarda da satışı planlaşdırılır.
Dövlətimizin başçısı zavodun təməlini qoyub.
XXX
“Prestij-Kimya“ MMC 2025-ci ildən bu sənaye parkının ərazisində dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalına başlayacaq.
MMC-nin təsisçisi və direktoru Rüfət Pirişov mətbuata açıqlamasında bildirmişdi ki, yeni zavodun inşası üçün tələb olunan sərmayənin ümumi məbləği 5 milyon manatdan çoxdur.
R.Pirişov hazırda Sumqayıtdakı zavodda da dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsullar istehsal etdiklərini, yeni zavodun gündəlik istehsal gücünün Sumqayıtdakı zavoddan 4 dəfə çox olacağını söyləyib: “Sumqayıtda zavodun gündəlik istehsal gücü 30-31 tondur. Biz “Araz Vadisi İqtisadi Zonası”nda gündəlik istehsal gücünü 110-120 tona qaldıracağıq".
Şirkət direktoru bildirib ki, hazırda məhsullarını Türkiyə, Rusiya və Gürcüstana ixrac edirlər: "Rusiya, Qazaxıstan, Gürcüstan bazarı ilə bağlı yerinə yetirə bilmədiyimiz sifarişlər var. Rusiyada bir marketlər şəbəkəsinə aylıq sifarişimizin yalnız 21 faizini təmin edə bilirik. Məqsədimiz odur ki, istehsalımız genişləndikdən sonra bu sifarişi 100 faiz təmin edə bilək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 25 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
























