"Atena" şirkətindən Rusiyaya ixraca qoyulan qadağa ilə bağlı AÇIQLAMA
Operativ reaksiya verilib, nöqsan kimi qeyd edilə bilən hallar aradan qaldırılıb, ən qısa zamanda Rusiya Federasiyasına yenidən məhsul ixracının bərpa edilməsi gözlənilir.Bir neçə gün öncə Rusiya kütləvi informasiya vasitələrində Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti ("Rosselxosnadzor") tərəfindən Azərbaycanın ən böyük süd və süd məhsulları istehsal edən iki şirkətinin - "Atena" MMC və "Azaqro-SP" MMC-nin məhsullarının ölkəyə idxalına qadağa qoyması barədə məlumat verilib.
Bu məlumat ilə əlaqədar olaraq "Atena" MMC açıqlama yayıb. Açıqlamada bildirilir:
"Rəsmi olaraq açıqlayırıq ki, bu qərar rusiyalı mütəxəssislər tərəfindən onlayn qaydada şirkətin fabriklərinə baxış keçirilməsi nəticəsində məhsulların qorunması və saxlanılması şəraitində pozuntular aşkar edilməsi səbəbindən qəbul edilmişdir. Belə ki, proses zamanı əməkdaş anbarın ərazisini internetə çıxışı olan kamera ilə gəzir, Rusiyadan aiuditi aparan müfəttiş isə görüntülər əsasında akt tərtib edib. Yəni qiymətləndirmə məhsulların istehsalını yox, onların qorunması və saxlanması prosesini əhatə edir. Satış üçün hazır məhsulun saxlandığı anbar bizim yox, podratçı şirkətin balansındadır.
Nöqsan hesab edilən məqamlarla bağlı onu bildirmək istərdik ki, istər sözügedən şirkətlərin özü, istərsə də AQTA (Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi) tərəfindən operativ reaksiya verilib. Belə ki, dövlət orqanı tərəfindən Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan tədbirlər həyata keçirilib, nöqsan kimi qeyd edilə bilən halların aradan qaldırılması ilə bağlı tələblər irəli sürülüb və tövsiyələr verilib.
Öz növbəsində görülmüş tədbirlər barəsində "Rosselxosnadzor"a müvafiq sənədlər göndərilmə mərhələsindədir. Həmin tədbirlər nəticəsində ən qısa zamanda Rusiya Federasiyasına sözügedən müəssisələr tərəfindən məhsul ixracının bərpa edilməsi gözlənilir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin son yayımlanmış məlumatında qeyd olunub ki, "Atena MMC" qeyri-neft sektoru sahəsində ixracda ölkə üzrə ilk onluqdadır.
Azərbaycanın ən böyük süd emalı kompleksi olan "Atena MMC"nin açılışını 4 may 2011-ci il tarixində Prezident İlham Əliyev edib.
Şirkətimiz FSSC 22000 standartı (bütün qida zəncirində iştirak edən müəssisələri əhatə edə bilən GFSI əsaslı idarəetmə sistemi), "Azaqro-SP" MMC isə İSO 22000 sertifikatı tələblərinə uyğun AQTA Dövlət reyestrindən çıxarış əsasında fəaliyyət göstərir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
5 saat əvvəl
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
-
5 saat əvvəl
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını imzaladı - TAM VERSİYA
-
6 saat əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
-
7 saat əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
Ən çox oxunanlar
Dövlət Agentliyinin sədrinə yeni müavinlər təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
























