"Diplom lazımsız bir şeydir"
Elon Musk şirkətinə işçi qəbul edrkən nələrə diqqət edir?
"Tesla" və "Spacex" ilə dünyanı dəyişdirməyə davam edən Elon Musk ilə işləmək bir çox insanın xəyalıdır. Ancaq onunla işləmək eyni zamanda fədakarlıq və istedad tələb edir.
“Marja” xəbər verir ki, Elon Muskın birini işə götürməzdən əvvəl ilk bilmək istədiyi şey onunhəyat hekayələridir. Yəni, həyatında baş vermiş çətinliklərdən ona danışmaq lazımdır. O, insanların həyatlarını davam etdirmək üçün verdikləri çətin qərarların və qarşılaşdıqları problemlərə tapdıqları həll yollarının şəxsiyyətlərini əks etdirdiyinə və iş həyatında da eyni dərcədə çətinliklərlə sinə gələ biləcəyinə inanır.
O bir müsahibəsində, əvvəldən insanları qabiliyyətlərinə görə işə götürdüyünü, ancaq sonradan namizədin yaxşı bir insan olub-olmadığının daha əhəmiyyətli olduğunu anladığını bildirib.
Eyni zamanda, namizədin komanda işinə meylli olması mühümdür. Şirkətdə onsuz da bir çox adam birlikdə intensiv iş stressi altında işləyir. Bu əlavə olaraq, bir-birilərini stressə salan insanlar istəmir.
O, fizika və iqtisadiyyat üzrə məzun olsa da, Elon Musk üçün diplomunun heç bir əhəmiyyəti yoxdur. Bir çıxışında Bill Gates, Stiv Jobs və Larri Peyc kimi məşhur sahibkarların diplomları olmadığını, amma əlindən gəlsə onları heç düşünmədən işə götürəcəyini və bu səbəbdən diplomun lazımsız bir şey olduğunu düşündüyünü deyib.
Hansı vəzifə üçün olursa olsun, işinizdə ən yaxşı olmağınız əhəmiyyətlidir. “Spacex” şirkətində yeməkxana açarkən belə müavinlərindən ən yaxşı kadrı tapmalarını istəmiş.
Ən önəmli meyar onunla eyni fikiri bölüşməkdir. Elon Musk hər layihəsi ilə dünyanı dəyişdirən bir sahibkardır və əgər əməkdaşları onunla eyni fikirdə deyilsə fərq yaratmağın mümkün olmadığını düşünür.
Həyatının böyük bir hissəsini işə ayırmaq da mühüm bir meyardır. Həftədə orta hesabla 100 saat çalışan Musk, əməkdaşlarından da eyni fədakarlığı gözləyir.
Dünyada görünməmiş fərqli işlər görən biriylə çalışırsınızsa, yaradıcı olmaq mühüm bir amildir. Həm problemlərə fərqli həll etmək, həm də yeni məhsullar ortaya qoymaq üçün yaradıcılıq çox vacibdir.
Elon Musk çox asan qane olan bir müdir deyil. Yəni təzyiq altında və qısa müddətdə böyük işlər görmək onun üçün mühümdür.
Elon Muskın ən mühüm xüsusiyyətlərindən biri də heç vaxt məğlubiyyəti qəbul etməməsidir. Əməkdaşlarından da eyni davranışı gözləyir və problemlərə həllini tapana qədər vaz keçməmələrini istəyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
2 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)


.jpg)




