Unibank Azərbaycan maliyyə bazarı üçün bir ilkə imza atıb
(®) Unibank Azərbaycan bazarında ilk dəfə olaraq qabaqcıl beynəlxalq standartlara uyğun, "yaşıl" istiqraz kimi təsnifatlaşdırıla bilən qiymətli kağızlar buraxır. Bu istiqrazlar, yaşıl maliyyələşmənin inkişafına töhfə verməklə, investorlara “dayanıqlı gələcəyə” yatırım etmək imkanı yaradır. Faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazların tədavül müddəti 36 ay, nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 11,5%, kupon ödəniş dövrü hər 3 aydan bir, emissiya həcmi isə 20 milyon manat təşkil edir.
“Unibank KB” ASC-nin İH-nin sədri Fərid Abuşov bildirib ki, müstəqil beynəlxalq qiymətləndirici tərəfindən yaşıl maliyyələşmə meyarlarına uyğun istiqrazların buraxılması təşəbbüsü, milli prioritetlərimizin realizasiyasının dəstəkləməsi və ölkəmizdə maliyyə sektoru tərəfindən ilk olması baxımından qürurvericidir:
“Bu istiqrazlar, maliyyə məqsədlərimizin ətraf mühit və sosial problemlərin həlli üzrə formalaşan çağırışlar və ölkəmizin sosial-iqtisadi inkişaf strategiyası ilə uyğunlaşdırıldığını göstərən əhəmiyyətli təşəbbüslərdən biri olmaqla yanaşı, həm də COP29 öncəsi iqlim maliyyələşməsinin inkişafının dəstəklənməsinə yönəlmiş bir addımdır. Yaşıl layihələrin maliyyələşdirilməsi məqsədilə buraxılmış bu istiqrazlar, iqlim dəyişmələrinin mitiqasiyası üzrə tədbirləri dəstəkləməklə, dayanıqlı maliyyələşmənin və “yaşıl artım”ın təmin edilməsinə Bankımız tərəfindən töhfə verilməsini hədəfləyir. Yaşıl layihələr dedikdə, biz, qabaqcıl beynəlxalq standartlara uyğun olaraq, enerji səmərəliliyi, bərpa olunan enerji, təmiz nəqliyyat, dayanıqlı tikinti və digər layihələri nəzərdə tuturuq. Bu layihələrə maliyyələşmənin artırılması ətraf mühit, sosial və iqtisadi dayanıqlığın dəstəklənməsi baxımından zəruridir.”
Unibank sədri qeyd edib ki, qabaqcıl beynəlxalq təcrübə və aparılmış araşdırma nəticələri dayanıqlı maliyyə prinsiplərinin və ESG faktorlarının maliyyə institutları tərəfindən biznes strategiyasına, korporativ idarəetmə və risklərin idarə edilməsi sistemlərinə inteqrasiyasının uzunmüddətli dövrə onların dayanıqlığının təmin edilməsi üçün zəruri olduğunu göstərir:
“Bu, bizim hazırda bu mövzuda requlyatorun da tövsiyələri nəzərə alınmaqla formalaşdırdığımız dayanıqlı maliyyə yanaşmamızı dəstəkləyir. Dayanıqlı maliyyə yanaşmamızın əsas komponentlərindən biri məhz şəffaflığın və bütün maraqlı tərəflərə hesabatlılığın təqdim edilməsidir. Bununla bağlı, həm istiqrazlar vasitəsilə maliyyələşdirilən yaşıl layihələrin irəliləyişi və təsiri, həm də dayanıqlı maliyyə yanaşmamızın digər təşəbbüsləri üzrə şəffaflığını və hesabatlılığını təmin edəcəyik”.
Beynəlxalq standartlara uyğun olaraq, yaşıl istiqraz kimi təsnifatlaşdırıla bilən bu qiymətli kağızlar, Astana Beynəlxalq Maliyyə Mərkəzinin müsbət rəyi ilə buraxılır. Qeyd edək ki, bir müddət öncə Unicapital İnvestisiya Şirkəti və Astana Beynəlxalq Maliyyə Mərkəzinin (AIFC) nəzdindəki “Yaşıl Maliyyə Mərkəzi” arasında Referal Saziş imzalanıb.
Ekoloji təmiz gələcəyə yatırım etmək istəyən investorlar müraciət üçün linkə keçid edə bilərlər: https://unicapital.az/unibank-istiqrazlari-apply/
İstiqrazlar həm fiziki, həm də hüquqi şəxslər tərəfindən əldə oluna bilər. Bu zaman fiziki şəxslər bütün komissiya xərclərindən və gəlir vergisindən azad edilirlər. Nominal qiymətin əlçatanlığı, kiçik həcmdə investisiya etmək istəyənlərin bankın yüksək gəlirli yatırım alətindən faydalanmasına imkan verir. Hərrac “Unicapital İnvestisiya Şirkəti” ASC-nin anderraytinq dəstəyi ilə Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə (nominal qiymətlə) həyata keçiriləcək.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
8 d. əvvəl
“Qiymətləndiricinin vəzifəsi tərəfləri deyil, bazarı təmsil etməkdir”
-
- 23 d. əvvəl
-
31 d. əvvəl
Dünya üzrə bitki yağı qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
-
46 d. əvvəl
"ABB Invest"dən bir ilk: Yeni "InvestTube" investisiya maarifləndirmə platforması təqdim olundu!
-
58 d. əvvəl
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
-
1 saat əvvəl
Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib
-
2 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətindən şəhid və qazi övladları üçün bayram tədbiri
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
İyunun 4-də gözlənilən hava proqnozu açıqlanıb
"ABB Invest"dən bir ilk: Yeni "InvestTube" investisiya maarifləndirmə platforması təqdim olundu!
Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Ən çox oxunanlar
Tibb İşçiləri üçün 3%-dək endirimlə kredit - Expressbank
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub
“AZƏRENERJİ”nin ixracı 72%-dən çox artıb


















.jpg)



