"Unibank”ın istiqrazlarına 23 investordan 23 sifariş - TAM MƏBLƏĞDƏ YERLƏŞDİRİLDİ
22 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında "UniBank KB” ASC-nin 20 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Marja.az Birjaya istinadən xəbər verir ki, istiqrazlara 23 investor 23 sifariş təqdim edib. İstiqraz buraxılışının tam məbləği yerləşdirilib.
İstiqrazlar üzrə məlumatlar aşağıdakı kimidir:
Emitentin adı: "UniBank KB” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2016002027
İstiqrazların növü və forması: İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi/Birqiymətli
İstiqrazların sayı: 200 000 (ədəd)
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazların buraxılış həcmi: 20 000 000 manat
Hərrac qiyməti: 100 manat
İllik gəlirlilik faizi: 11.5%
İstiqrazların reallaşdırılmış həcmi: 20 000 000 manat
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 20 000 000 manat
İnvestor sayı: 23
Sifariş sayı: 23
Ödəmə Periodu: ildə günlərin sayı 360 ( üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürməklə hər 90 (doxsan) gündən bir ödənilir
Tədavül müddəti: 36 ay
İstiqrazılarn ödəmə tarixi: 22.10.2027
Anderrayter: Unicapital İ.Ş.
XXX
Bakı Fond Birjasında "UniBank KB” ASC-nin istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib
22 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında "UniBank KB” ASC-nin manat istiqrazlarının kapital bazarında ticarətə buraxılması münasibətilə Açılış Zəngi tədbiri keçirilmişdir. Açılış zəngi tədbiri ilə bankın 20 iyirmi milyon manat həcmində istiqrazlarının yerləşdirilməsinə başlanıldı.
Tədbiri çıxış sözü ilə Bakı Fond Birjasının Baş Kommersiya inzibatçısı Oqtay Qasımov açaraq kapital bazarında əhalinin investisiyalarının artırılmasının önəmini vurğulayıb: “Bank sektorunun Kapital bazarları vasitəsilə maliyyələşməsi bazarın genişlənməsinə və inkişafına xidmət edir”.
Tədbirdə “Unibank KB” ASC-nin Korporativ Biznes üzrə Baş İnzibatçısı Tahir Qəribov, Unicapital İnvestisiya Şirkətinin Baş Direktoru Vüqar Namazov və Unicapital İnvestisiya Şirkətinin Direktoru Tələt Kalayev öz çıxışları zamanı "UniBank KB” ASC-nin birja vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının ölkəmizdə maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildiriblər. "UniBank KB” ASC-nin tədavülə buraxılan istiqrazlarının ölkənin qiymətli kağızlar bazarının canlanmasına təsir göstərəcəyinə, vətəndaşlarımız üçün mənfəətli və etibarlı investisiya imkanları yaradacağına əminlik qeyd edilib.
Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 11.5%, ödəniş dövrü 90 gündən bir, tədavül müddəti 36 aydır. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Bu emissiya məhz ətraf mühit və ekoloji cəhətdən dayanıqlı layihələrin maliyyələşdirilməsi məqsədi daşıyır. Bu istiqraz buraxılışının beynəlxalq standartlara uyğun sırf yaşıl layihələrin maliyyələşməsinə sərf olunmasına ikinci tərəf rəyi kimi Astana Maliyyə Mərkəzi tərəfindən müsbət qiymətləndirmə rəyi alınmışdır.
Tədbirin sonunda emitent – UniBank KB, Bakı Fond Birjası və Unicapital İnvestisiya Şirkətinin nümayəndələri tərəfindən istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınıb. Beləliklə, istiqrazların Bakı Fond Birjasının ticarət platformasında ticarətinə başlanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
6 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
7 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
7 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
7 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
















