“Xarici Ticarət Məhsulları və onlara dair əməliyyatlar” təlim keçirilib
“Yapı Kredi Bank Azərbaycan” QSC və “Yapı ve Kredi Bankası” A.Ş. Bankçılıq Akademiyaları əməkdaşlığı çərçivəsində xarici ticarət üzrə təlim keçirilmişdir.(®) 24-25 oktyabr 2024-cü il tarixlərində “Yapı Kredi Bank Azərbaycan” QSC və “Yapı ve Kredi Bankası” A.Ş.-nin Bankçılıq Akademiyaları arasında əməkdaşlıq çərçivəsində “Xarici Ticarət Məhsulları və onlara dair əməliyyatlar” mövzusunda təlim keçirilmişdir.
Təlim, “Yapı ve Kredi Bankası” A.Ş.-nin Xarici Ticarət Maliyyələşməsi üzrə direktoru Mustafa Değirmenci (İCA, CSDG sertifikatları), Xarici Ticarət Məhsullarının İnkişafı üzrə müdiri Çağrı Cengiz (CSDG, CDCS, CITF sertifikatları) və “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Kredit/Xarici Ticarət Əməliyyatları Departamentinin müdir müavini Qəhrəman Qəhrəmanov (CDCS sertifikatı) tərəfindən həyata keçirilib. Təlim çərçivəsində iştirakçılara “Xarici Ticarət Məhsulları” və onların tətbiqi qaydaları, eləcə də bu məhsulların yaratdığı fürsətlərdən yararlanma metodologiyasının müxtəlif məqamları izah edilib. Eyni zamanda, mövcud ticarət əlaqələri, əlaqələrdən effektiv istifadə imkanları nəzərdən keçirilib, Azərbaycan və Türkiyə bankları tərəfindən bu sahədə görülən işlər və qazanılmış təcrübə müzakirə edilib. Bu təlim, xarici ticarət sahəsində əməkdaşlığı genişləndirmək və hər iki ölkənin maliyyə institutları arasında bilik mübadiləsini gücləndirmək məqsədini daşıyır.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 19 saat əvvəl
-
- 19 saat əvvəl
-
21 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























