Bank “BTB” Zəfər Günü münasibəti ilə sərgi təşkil edib
(®) Bank “BTB” Zəfər Günü münasibəti ilə “Autizmli Uşaqların Ailələrinə Dəstək” İctimai Birliyi ilə korporativ sosial məsuliyyət çərçivəsində sərgi təşkil edib.
Bu sərgidə autizm və daun sindromlu uşaqlar bankın Zəfər Gününə öz rəngli xəyalları və yaradıcılıqları ilə töhfə veriblər. Gənc istedadlar Zəfər Gününün rəmzinə çevrilmiş Şuşa Qalasının, Qəhrəman xalqın yüksələn bayrağının təsvirləri ilə yanaşı Bank “BTB” yə dair bir-birindən rəngərang rəsmlər təqdim ediblər.
6 Noyabr 2024-cü ildə Bank “BTB”-nin baş ofisində baş tutan tədbirdə Bank BTB-nin rəhbərləri və qonaqlar sərgidə iştirak ediblər. Qonaqları salamlayan Biznesin İnkişafı və Marketinq departamentinin rəhbəri Aynur Nurəliyeva, bu unikal sərginin məqsədi və əhəmiyyəti barədə geniş məlumat verib.
Bank BTB-nin İdarə heyəti sədri v.i.e. Eldəniz Hüseynov tədbirin açılışında çıxış edərək Bank BTB-nin sosial məsuliyyətinə olan bağlılığını vurğulayıb və bu layihənin bankın əməkdaşları ilə birgə xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında mənəvi bir körpünün yarandığını qeyd edib.
Eldəniz Hüseynov deyib: “Bank “BTB”, qurulduğu gündən etibarən yalnız maliyyə sektorunda deyil, həm də sosial məsuliyyət layihələrində fəal iştirak etməyi özünün prioritetlərindən biri hesab edir. Bu sərgi, bankın davamlı olaraq həyata keçirdiyi sosial layihələrin bir parçası kimi, autizm və daun sindromlu uşaqlara dəstək göstərmək və onların yaradıcılığını cəmiyyətə tanıtmaq məqsədi daşıyır.”
Sərginin konsepsiyasını xüsusi edən məqam isə Şamxal Xələflinin I Qarabağ Müharibəsi qazisinin övladı olaraq bu təşəbbüsə dəstək verməsi olub.
Tədbirdə “Autizmli Uşaqların Ailələrinə Dəstək” İctimai Birliyinin layihə rəhbəri Zəhra Xələfli çıxış edərək, bu cür dəstəyin autizm və daun sindromlu uşaqların həyatına müsbət təsirindən bəhs edib. Uşaqların yaradıcılığını əks etdirən bu əsərlər sərgi müddətində satışa çıxarılıb və toplanan vəsait gənc rəssamlara təqdim olunub.
Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























