“Ağ Şəhər”də “McDonald's Azərbaycan”ın yeni restoranının açılışı olub - FOTO
Bakının ən müasir və inkişaf edən rayonlarından biri olan "Ağ Şəhər"də “McDonald's Azərbaycan”ın sayca 28-ci restoranının açılışı olub.
Xətai rayonu, İlqar Mirzəyev küçəsi 46 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsini əhatə edən restoran qida sənayesinin bütün tələblərinə cavab verir və qonaqlara xoş vaxt keçirmək üçün komfortlu şərait təklif edir.
146 oturacaq yerinə malik yeni “McDonald's” restoranı interyerə rahatlıq və eleqantlıq atmosferi bəxş edən zərif “Luna” üslubunda dizayn edilib. Burada qonaqların rahatlığı üçün, digər “McDonald's” filiallarında olduğu kimi, sifariş prosesini daha asanlaşdıran özünəxidmət köşkləri quraşdırılıb, həmçinin sifarişləri birbaşa masa arxasında əyləşərək qəbul etməyə imkan verən “masa xidməti” göstərilir.
Yeni restoranda həmçinin qonaqların müxtəlif isti içkilərdən və desertlərdən həzz ala biləcəyi “McCafe” zonası yaradılıb. Əlavə olaraq, müştərilərə sevimli “McDonald's” təamlarından istədikləri yerdə həzz almağa imkan verən çatdırılma xidməti təklif olunur.
Azərbaycan iqtisadiyyatına investisiya yatıran ilk beynəlxalq brendlərdən biri olan “McDonald's” 25 il ərzində ölkənin qeyri-neft sektorunun inkişafını fəal şəkildə dəstəkləyir. 100-dən çox Azərbaycan şirkəti ilə əməkdaşlıq edən “McDonald's” yerli podratçılarla əməkdaşlığa xüsusi önəm verir. Hazırda “McDonald's Azərbaycan” 2500 nəfərdən çox Azərbaycan vətəndaşını iş yeri ilə təmin edir ki, bu da şirkətin yerli iqtisadiyyatın inkişafına və ölkə sakinləri üçün iş yerlərinin yaradılması işinə sadiqliyini təsdiqləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)









