ADY COP29 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Nazirlər Kabinetinin noyabr ayında iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qəbul etdiyi qərara uyğun olaraq, həmçinin COP29 tədbir günlərində sərnişin səfərlərinin daha rahat və təhlükəsiz təşkil edilməsi məqsədilə şəhərətrafı və ölkədaxili qatarların hərəkət cədvəlində müvafiq dəyişikliklər edir.
Sərnişindaşıma xidmətinin təhlükəsiz və vaxtında həyata keçirilməsi üçün 30 oktyabr tarixində Abşeron dairəvi dəmiryol xətti üzrə götürülmüş texniki fasilə tamamlanır. Belə ki, qatarlar 11 noyabr tarixindən etibarən 16 sentyabrda elan edilmiş qrafik üzrə hərəkətdə olacaq. Sürət qatarları 8, 9, 10, 17 və 24 noyabr tarixlərində qeyri-iş günlərinin cədvəlinə uyğun hərəkət edəcək.
11, 12, 13, 16 və 23 noyabr tarixlərində isə Bakı–Sumqayıt–Bakı marşrutu üzrə qatarlar iş günlərinin cədvəlinə uyğun fəaliyyət göstərəcək.
Ölkədaxili marşrutlara gəlincə, Bakıdan Qəbələyə 16 və 23 noyabr tarixlərinə planlaşdırılan reyslər ləğv edilərək əvəzinə Bakıdan 17 və 24 noyabr tarixlərinə təyin edilir. Belə ki, qatarlar həmin tarixlərdə hər iki istiqamətdə hərəkətdə olacaq.
Bakı–Ağstafa–Bakı istiqamətində isə 8, 9 və 10 noyabr tarixlərində həm paytaxtdan, həm də Ağstafadan əlavə reyslər təyin edilir. Həmin tarixlərdə Bakıdan saat 09:15-də yola düşən qatar Ağstafaya 15:40-də, Ağstafadan saat 17:00-da yola düşən qatar isə Bakıya 23:38-də çatacaq.
Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), “ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 6 d. əvvəl
-
22 d. əvvəl
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
- 45 d. əvvəl
-
56 d. əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
1 saat əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
Ən çox oxunanlar
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu






.jpg)















.jpg)


