"Günəş və külək enerjisi layihələrinə investisiyaların geri dönüş müddəti uzun olduğundan, maliyyə təşkilatları üçün o qədər də cəlbedici deyil"
Enerji keçidinin əsas çağırışları - tənzimləmə və maliyyədir.
Bunu "Deloitte Netherlands" şirkətinin strategiya, risk və əməliyyatlar üzrə məsləhət tərəfdaşı İvan Kuxnin "NEQSOL Holding"in COP29 çərçivəsində təşkil etdiyi "Arzudan gerçəkliyə: Bərpa olunan enerjidə regional və qlobal təsir" adlı tədbirdə deyib.
O bildirib ki, enerji keçidi artıq qlobal trend olmaqdan çıxıb və bir çox böyük neft və qaz şirkətləri üçün zəruri bir istiqamətə çevrilib. "Bizim əsas çağırışlarımızdan biri hədəflərin qoyulmasıdır və bu hədəfləri yerinə yetirmək üçün məlumatların toplanması olduqca çətindir. Avropada su istifadəsi və digər ekoloji məsuliyyətlər barədə məcburi hesabatlar yaxın illərdə qüvvəyə minəcək və şirkətlər bu məlumatları dəqiqliklə təqdim etməlidirlər".
İ. Kuxnin, həmçinin enerji layihələrinin maliyyələşdirilməsi ilə bağlı problemlərə toxunub: “Biz, uzunmüddətli investisiyalara tələb olunduğunu müşahidə edirik, məsələn, günəş və külək enerjisi layihələrinə 10 ildən çox vaxt tələb olunur. Bu, maliyyə təşkilatları üçün o qədər də cəlbedici deyil, çünki geri dönüş müddəti uzun olur".
O əlavə edib ki, hökumətlərin tətbiq etdiyi stimullar və tənzimləmələr bu keçidin sürətlənməsinə kömək edəcək: "Əgər hökumətlər düzgün tənzimləmələr və stimullar tətbiq edərsə, həm cəmiyyət, həm də biznes üçün “yaşıl enerji” keçidində dönüş nöqtəsinə çatmaq mümkün olacaq”.
XXX
Enerji keçidi artıq trend deyil, iri neft və qaz şirkətləri üçün vacib bir istiqamətdir.
Bunu "Nobel Energy" şirkətinin Bərpa olunan enerji layihələri üzrə direktoru Can Aslan “NEQSOL Holding”in təşkil etdiyi tədbirdə bildirib.
O qeyd edib ki, “Nobel Energy” qaz infrastrukturunda əsas tərəfdaş kimi fəaliyyət göstərir və bu sahənin özəl sektorda inkişafına dəstək verir. “Şirkət yalnız enerjinin əlçatan olmasını təmin etməklə kifayətlənmir, həm də “yaşıl enerji” layihələrinə böyük önəm verir".
C. Aslan əlavə edib ki, “Nobel Energy” “yaşıl keçid”in qabaqcılı olaraq həm Azərbaycanda, həm də dünyada ekoloji təmiz enerjiyə keçidi dəstəkləyir.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)





.jpg)
