Səhiyyə Nazirliyindən məktəbli çantaları ilə bağlı xəbərdarlıq
Səhiyyə Nazirliyi yeni tədris ili ərəfəsində məktəblilərin qida gigiyenası qaydalarını açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, tədris ilinin başlanmasından təxminən iki həftə əvvəl uşağı məktəb rejiminə alışdırmaq lazımdır. Yeni dərs ilinə başlayan hər bir uşağın qidalanması, geyinməsi, günlük yuxu rejimi və gigiyenasına diqqət yetirilməsi əsas rol oynayır: “Bu amillər uşaqların tədrisə həvəsini artırdığı kimi psixologiyası və məktəb fəaliyyətinə də böyük təsir göstərir. Bu baxımdan gün rejiminin düzgün qurulması, xüsusilə uşaqların mövsümə müvafiq geyindirilməsi və məktəb ləvazimatlarının düzgün seçilməsi, məktəblərdə gigiyena qaydalarına düzgün riayət edilməsi, düzgün qidalanmalarına xüsusi diqqət yetirmək lazımdır. Hər bir uşaq ev yeməklərindən fastfood qidalarına keçdikdə bədəndəki bütün fizioloji proseslərin yenidən qurulması başlayır. Bu baxımdan da uşaqlarda düzgün və tənzimlənmiş qidalanmaya diqqət yetirmək vacibdir. Burada səhər yeməyi xüsusi yer tutur. Səhər isti sıyıqlarla qidalanmaya üstünlük verilməlidir. Səhər qəbul olunan qida orqanizm üçün vacib bioloji komponentlərlə zəngin olmalıdır”.
Məlumatda qeyd olunub ki, dərs ilinin başlanması ilə ortaya çıxan problemlərdən biri də məktəbli çantalarının ağır olmasıdır: “Uşağın məktəb çantalarının ağırlığı onun çəkisinin on faizinə bərabər olmalıdır. Çantanın ağır olması qamət pozuntularına səbəb olur ki, bu da zahiri görünüşdə yaranan dəyişikliklərlə yanaşı, daxili orqanların da zədələnməsi ilə nəticələnə bilər. Məktəbli çantasının kəməri enli olmalı və hər iki çiyinə geyilməlidir. Bu problemlərdən biri də uşaqların hədsiz isti geyimlərlə geyindirilməsidir. Bu da immun sisteminin zəifləməsi ilə nəticələnir. Yay mövsümü ilə əlaqədar gündəlik rejimin pozulması yaranan problemlərdən biridir ki, burada yuxu əsas rol oynayır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)


.jpg)


