Trendyol ilə bağlı araşdırmaya xitam verildi
Türkiyənin Rəqabət Qurumu, "DSM Group Consultancy Communication and Sales Trade Inc." (Trendyol brendi) şirkətinin satıcılara təklif edilən Avtomatik Qiymət Mexanizminin rəqabət qanununu pozub-pozmadığı ilə bağlı araşdırmanı başa çatdırıb.
Marja.az xəbər verir ki, Qurum, şirkətin öhdəlik götürməsi nəticəsində Trendyol-un Avtomatik Qiymət Mexanizmi ilə bağlı başlatdığı araşdımaya xitam verib. Müvafiq olaraq, şirkət satıcılardan avtomatik qiymət mexanizmindən istifadə etməyə məcbur etməyəcək.
Açıqlamada, araşdırmaya xitam verilməsinə səbəb kimi Trendyol-un təklif etdiyi öhdəliklərin rəqabət problemlərinin həlli üçün yetərli sayılması göstərilib.
Qeyd edək ki, elektron ticarət dünyasında rəqiblərinizlə qiymət rəqabətində həmişə bir addım öndə olmaq biznesinizin uğuru üçün çox vacibdir. Avtomatlaşdırılmış qiymət sistemi bunun üçün təklif olunur. Belə ki, platforma daim rəqibləri izləyir. Bu sistem qiymətlərinizi təyin etdiyiniz qaydalara uyğun olaraq avtomatik olaraq yeniləyərək rəqiblərinizin hərəkətlərinə anında cavab verə bilir.
Trendyol, sadə şəkildə desək, onlayn bazardır. Şirkətlər (satıcılar) bu bazarda yer alaraq məhsullarını alıcılara təklif edirlər.
Açıqlamaya görə, satıcılar üçün Trendyol-un avtomatlaşdırılmış qiymət mexanizminin istifadəsi məcburi olmayacaq və Şirkət hər hansı stimul təklif etməyəcək.
Trendyol avtomatik qiymət mexanizmindən “Buybox Fiyatına Eşitle” funksiyasını siləcək və satıcılara yalnız “Buybox Fiyatının Altında Kal” və “Buybox Fiyatının Üstünde Kal” seçimlərini təklif edəcək.
Sistem, satıcıları avtomatik qiymət mexanizminin xüsusiyyətləri haqqında məlumatlandıracaq, lakin avtomatik qiymət mexanizminin istifadəsi ilə bağlı digər satıcıların məlumatlarını satıcılarla paylaşmayacaq.
Trendyoil avtomatlaşdırılmış qiymət mexanizminin işləməsi ilə bağlı təlim məzmununu satıcılar üçün əlçatan edəcək.
Trendyol, öhdəliklərə əməl olunmasına nəzarəti təmin etmək üçün 3 il müddətində Rəqabət Qurumuna hesabat təqdim edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
33 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
37 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 50 d. əvvəl
- 53 d. əvvəl
- 55 d. əvvəl
- 56 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib







.jpg)



.jpg)







