“PAŞA Bank”ın "Empower youth: invest in education" adlı sosial layihəsinin növbəti mərhələsi keçirilib
(®) Sosial məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank” ölkənin və cəmiyyətin dayanıqlı inkişafına və tərəqqisinə yönəlmiş layihələri və təşəbbüsləri həyata keçirməyə davam edir.
"PAŞA Bank", ADA Universiteti və ADA Universiteti Fondu ilə birgə həyata keçirdiyi "Empower youth: invest in education" adlı sosial layihəsinin növbəti mərhələsini uğurla həyata keçirib. 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbirdə 1 nömrəli ümumi təyinatlı internat və 11 nömrəli İnteqrasiya təlimli internat məktəblərində şagirdlərlə görüş keçirilib.
Bu məktəblərdə təhsil alan şagirdlərin yaradıcı potensialını inkişaf etdirmək və onların özlərini daha yaxşı ifadə etmələrinə dəstək olmaq məqsədilə rəssamlar tərəfindən xüsusi təlimlər təşkil edilib. Həmçinin, uşaqlar üçün təhsil almanın və şəxsi inkişafın əhəmiyyəti, pis vərdişlərdən çəkinmə və digər mühüm sosial mövzular üzrə maarifləndirmə tədbirləri təşkil olunub.
Qeyd edək ki, "PAŞA Bank"ın tərəfdaşları ilə birgə həyata keçirdiyi "Empower youth: invest in education" layihəsi 2023-cü ildə başlayıb. Layihə çərçivəsində internat məktəblərində təhsil alan qızların universitetə qədər olan təhsil xərcləri qarşılanır və gələcəkdə seçə biləcəkləri peşə sahələri üzrə fərqli təlimlər, seminarlar, görüşlər və sosial aksiyalar təşkil edilir.
“PAŞA Bank” korporativ sosial məsuliyyət missiyası çərçivəsində bu cür təşəbbüslərini davam etdirmək niyyətindədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
18 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























