“PAŞA Holding”in dəstək göstərdiyi "Holberton School Azerbaijan” məktəbinin ikinci məzun günü baş tutub
(®) 2023-cü ilin sentyabr ayından etibarən “PAŞA Holding”in dəstəyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Azerbaycana cəlb olunan dünyanın nüfuzlu məktəblər şəbəkəsi olan “Holberton School Azərbaijan” məktəbinin ikinci dəfə məzunlarını yola salıb.
29 noyabr tarixində baş tutan tədbirdə 46 tələbə İKT sahəsindəki təhsillərini başa vuraraq məzun olub. Məzunların seçilməsi 1000 nəfər müraciətçi arasından həyata keçirilib. Bu tələbələrdən 35 nəfər “Foundations of Computer Science”, 11 nəfər isə “Full Stack Web Development” proqramını uğurla tamamlayıb.
Məzun olan tələbələrdən 16 nəfəri artıq işlə təmin olunub. Onların 26 nəfəri hazırda universitet tələbəsidir. Tələbələrdən 10 nəfər isə ölkənin müxtəlif regionlarından proqrama qoşulub.
“Holberton School Azərbaycan” ölkədə İKT sahəsində peşəkar mütəxəssislərin hazırlanması məqsədilə fəaliyyət göstərir. Bu günə qədər məktəbə 5000-ə yaxın müraciət daxil olub və 167 tələbəni əhatə edən dörd tədris dalğası həyata keçirilib.
Ümumilikdə, 22 ölkədə, 34 şəhərdə və ötən il Bakıda fəaliyətə başlayan "Holberton School" Məktəblər Şəbəkəsi Silikon Vadisində yüksək keyfiyyətli texnoloji proqramlarla, innovativ və praktiki metodologiya əsasında İKT sahəsində tədris verir. Qeyd edək ki, “Holberton School Azerbaijan”, tələbələrinə texniki və yumşaq bacarıqlar verməklə, onları iş dünyasında uğurlu olmağa hazırlayır.
Xatırladaq ki, innovasiyaların təşviqi, eləcə də ölkədə innovasiya ekosisteminə dəstəyin göstərilməsi PAŞA Holding-in önəm verdiyi istiqamətlərdəndir. Bu məqsədlə holdinq tərəfindən INMerge İnnovasiya Sammiti və PAŞA Hakaton təşkil edilir, yerli inkubasiya və akselerasiya mərkəzlərinə dəstək göstərilir. Qeyd edək ki, ölkədə ilk vençur kapital fondu və kibertəhlükəsizlik məktəbi də "PAŞA Holding"in dəstəyi ilə fəaliyyətə başlayıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 19 saat əvvəl
-
- 20 saat əvvəl
-
21 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























