Turist axını 148%, əməliyyatların məbləği 236% artıb - COP29-un Azərbaycan iqtisadiyyatına təsiri
Mastercard tərəfindən dərc edilən məlumatlar COP29-un Azərbaycan iqtisadiyyatına mühüm təsirini göstərir.
Ötən ay Bakıda keçirilmiş 29-cu BMT İqlim Dəyişikliyi Konfransı (COP29) Azərbaycanın iqtisadi inkişafına mühüm təkan verərək əhəmiyyətli təsirlə yadda qalıb. “Mastercard Advisors” biznes konsultasiya xidməti tərəfindən hazırlanan və Mastercard-ın satış nöqtələri üzrə (POS) xərc məlumatlarına əsaslanan hesabatda COP29-un Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı əsas göstəricilər bu qlobal tədbir sayəsində əldə edilmiş böyük iqtisadi irəliləyişi nümayiş etdirir.
Turizm sektorunda rekord artım
COP29 həftəsində Azərbaycana turist axını 2023-cü ilin eyni həftəsi ilə müqayisədə 148% artıb. Bundan əlavə, bu rəqəm 2024-cü ilin F1 həftəsi ilə müqayisədə 16 dəfə çox olub və COP29-un qlobal səviyyədə marağa səbəb olduğunu göstərib.
Tranzaksiyaların həcmi və regional təsir
Maliyyə əməliyyatlarında da oxşar tendensiya müşahidə edilib. Belə ki, əməliyyatların ümumi dəyəri 236%, sayı isə 178% artıb. Paytaxt Bakıdan kənar bölgələrdə isə tranzaksiyaların həcmi 128% yüksəlib ki, bu da tədbirin ölkə üzrə böyük təsirini nümayiş etdirir.
Qonaqlama və iaşə sektorunun inkişafı
Qonaqlama və iaşə sektoru əsas COP29 dövründə yüksəliş əldə edən sahələr kimi fərqlənib. Mehmanxana və qidalanma üzrə xərcləmələr 400%-dən çox artaraq əsas sənayelərə iqtisadi səmərələr gətirib. Böyük məbləğli əməliyyatlarda da artım qeydə alınıb: 10 və 25 dollar dəyərindəki ödənişlər 200%-dən çox yüksəlib.
Qlobal turizm və xərcləmə trendləri
COP29 tədbiri Azərbaycanın qlobal səviyyədə turistik cəlbediciliyini də artırıb. Braziliya, Almaniya, ABŞ və Böyük Britaniya kimi əsas bazarlardan gələn ziyarətçilərin xərcləmələrində kəskin artım müşahidə olunub. Xüsusilə COP30-un ev sahibi Braziliyadan gələn ziyarətçilər mehmanxana xərcləmələrində 7 milyon faiz artım göstərərək rekorda imza atıblar. Eyni kateqoriyada Britaniya və Amerikadan olan ziyarətçilərin xərclədikləri vəsaitlər isə müvafiq olaraq 600% və 819% artım göstərib.
Bu nəticələr COP29-un dayanıqlı inkişaf üçün gücləndirici rolunu və Azərbaycanın qlobal miqyasda artan nüfuzunu bir daha təsdiqləyir. Əldə edilmiş nailiyyətlər uzunmüddətli iqtisadi və ekoloji faydalara yol açaraq qlobal əməkdaşlığın gücünü yenidən nümayiş etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
3 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
4 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 4 saat əvvəl
-
5 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı












.jpg)




.jpg)


