“Bakı limanının II mərhələsinin inşası ilə bağlı məsələ gələn ilin əvvəlində dəqiqləşəcək”
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ikinci mərhələsinin inşası ilə bağlı məsələ gələn ilin yanvar ayında dəqiqləşəcək.
Bunu açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bildirib.
“Bakı Limanının ikinci mərhələsi ilə bağlı hazırlıq layihəsi üzərində işlər, dizayn da daxil olmaqla artıq yekunlaşıb. Amma onun həyata keçirilməsi ilə bağlı məsələ qərar verilmə mərhələsindədir”, - T. Ziyadov əlavə edib.
Onun sözlərinə görə, Bakı Limanının inşasının birinci mərhələsi 2018-ci ildə yekunlaşıb. Hazırda limanın yükaşırma həcmi 100 000 TEU konteyner daxil olmaqla illik 15 milyon ton olub. İkinci fazanın yekunlaşdırılmasından sonra isə limandan ildə 25 milyon tona qədər yükün aşırılacağı, 500 min TEU konteynerin keçə biləcəyi planlaşdırılıb.
2024-cü ilin nəticələrinə toxunaraq T. Ziyadov bildirib: "Göstəricilərimiz proqnozların üzərindədir. Məsələn, konteyner, TIR daşımalarında çox yüksək nəticələr əldə edilib. Bu istiqamətdə göstəricilərin gələn il daha da artacağını gözləyirik. Xüsusilə gömrük rəsmilləşdirilməsi nəticəsində idxal-ixrac əməliyyatlarında artım olacağını proqnozlaşdırırıq. Ötən ildə ən böyük artım tranzit sahəsində müşahidə olunub. Söhbət xüsusilə Çindən Avropa istiqamətində daşınan yüklərin tranzitindən gedir. Bu, əlbəttə ki, Orta Dəhliz layihəsi ilə bağlıdır. Biz bu artımın dayanıqlı olmasını istəyirik”.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir. 2023-cü ildə bu marşrutla 2,7 milyon tondan çox yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 % çoxdur. Bu ilin yanvar-noyabr aylarında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 63 % artaraq 4,1 milyon tona çatıb.
Bakı Limanında 2023-cü ildə 7,4 milyon ton yük aşırılıb. Bu, 2022-ci illə müqayisədə, təxminən, 16 % çoxdur. Ümumi yükaşırmanın 5,3 milyon tonu və yaxud 72 %-i tranzit yüklərin payına düşüb. Hesabat ilində vaqon aşırılması 3,5 % azalaraq 37,3 min ədəd olub. Vaqonların 18,6 mini və yaxud 49,7 %-i Bakı–Türkmənbaşı–Bakı, 18,7 mini və yaxud 50,3 %-i isə Bakı–Kurık–Aktau–Bakı istiqamətində hərəkət edib.
Bununla yanaşı, 2023-cü ildə iri həcmli nəqliyyat vasitələrinin (TIR) sayı əvvəlki ilə nisbətən 5,3 %artaraq 54,2 min ədəd olub. Bu nəqliyyat vasitələrinin 25,8 mini (47,6 %-i) Bakı–Türkmənbaşı–Bakı, 28,4 mini (52,4 %-i) isə Bakı Kurık–Bakı istiqamətində daşınıb. Hesabat dövründə konteynerlərin aşırılması TEU ekvivalentində 16 % azalaraq 43,9 min olub.
Prezident İlham Əliyevin 2023-cü il noyabrın 23-də təsdiq etdiyi “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”na əsasən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində qarşıdakı 3 il ərzində çeşidləmə məntəqəsində əlavə 4 dəmiryolu xətti və konteyner terminalı tikiləcək ki, bu da yüklərin çeşidlənməsində operativliyin təmin edilməsinə imkan yaradacaq.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 18 saat sonra
-
-
29 d. əvvəl
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
-
45 d. əvvəl
"KazMunayQaz-Aero" Şımkent hava limanında AZAL təyyarələrini yanacaqla təmin edəcək
-
1 saat əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
-
3 saat əvvəl
“İnno Kapital”ın xalis mənfəəti 2,2 dəfə artıb – MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
-
3 saat əvvəl
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 27-nin hava proqnozu - 30 dərəcəyədək isti olacaq
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
SİMA rəqəmsal imza Birbank-da!
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı






.jpg)
.jpg)







.jpg)





