Unibank jurnalistlər üçün dayanıqlı maliyyə mövzusunda seminar keçirib
Unibank jurnalistlər üçün “Dayanıqlı maliyyə: trend və perspektivlər” mövzusunda seminar keçirib.
Tədbir “Media savadlılığı” həftəsi çərçivəsində təşkil olunub. Bankın Dayanıqlılıq üzrə meneceri Səmra Talışinskaya-Abbasova tərəfindən keçirilən seminarda dayanıqlılıqla bağlı əsas konsepsiyalar, ölkəmizin iqlim gündəliyi, həm qlobal, həm də ölkə kontekstində dayanıqlı maliyyənin inkişaf perspektivləri əhatə edilib.
Ölkəmizin dayanıqlı inkişaf gündəliyi haqqında seminar iştirakçılarına məlumat verən məruzəçi, bu istiqamətdə qarşıya qoyulan hədəflər, hazırlanan sənədlər toplusu haqqında məlumatları seminar iştirakçılarına çatdırıb.
Bildirilib ki, ölkəmizin 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasında təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək milli prioriteti çərçivəsində müvafiq iqtisadi sektorlar üzrə hədəflər və layihələr müəyyən edilib. Dayanıqlı maliyyənin maliyyə institutları üçün əhəmiyyətinin vurğulandığı seminarda, iqlim dəyişmələrinin maliyyə institutları üçün yaratdığı risklər və fürsətlər müzakirə olunub.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























