Fermerə məxsus buğda və arpa əkini sahəsinə dəyən zərər üzrə 32 min 639 manat ödəniş edilib
Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta mexanizmi üzrə müxtəlif hadisələrdən zərər çəkmiş fermerlərə ödənişlər davam edir.
Aqrar Sığorta Fondu tərəfindən Şəmkir rayonunda müxtəlif hadisələrdən zərər çəkmiş meyvə bağı və əkin sahələri üzrə fermerlərə ödənişlər həyata keçirilib.
Fermerlərə sığorta ödənişinə həsr olunmuş tədbirdə Aqrar Sığorta üzrə Şəmkir regional filialının rəhbərliyi, Şəmkir rayon icra hakimiyyəti başçısının müavini Rüfət Sahibsoy, Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rəşad Əzizov və yerli fermerlər iştirak edibər.
Şəmkirin Nərimanlı kəndində fırtına hadisəsi nəticəsində fermer İman Bəndaliyevə məxsus buğda və arpa əkini sahəsinə dəyən zərər üzrə 32 639 manat ödəniş edilib.
Bundan başqa, fermer Elxan Əliyevə məxsus buğda sahəsinə dolu, fırtına, sel-subasma hadisəsi nəticəsində dəyən zərər üzrə 30 164 manat sığorta ödənişi edilib.
Şəmkirdə təbiət hadisəsi nəticəsində zərər çəkmiş meyvə bağı üzrə də ödəniş həyata keçirilib. Rayonun Qaracəmirli kəndində fermer Samir Əliyevə məxsus gilas bağına vəşhi heyvanların (quşların) vurduğu zərər üzrə 3 477 manat sığorta ödənişi həyata keçirilib.
Tədbirdə bildirilib ki, aqrar sığorta meyvə bağları və əkin sahələri də daxil olmaqla ümumilikdə 48 növ bitki məhsulunu sığortalamağa imkan verir. Sığorta vasitəsilə bitkilər dolu, fırtına, qasırğa, sel-subasma, vəhşi heyvanların hücumu, şaxtavurma, 3-cü şəxsin hərəkətləri və sair risklərdən sığortalanır. Fermerlərə dəstək üçün sığorta haqqının 50%-ni dövlət ödəyir.
Nəticədə fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığorta edə bilirlər.
Xatırladaq ki, 2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən ölkənin əksər regionlarında sığorta ödənişləri həyata keçirilib. Bir neçə gün əvvəl Ağstafa, Samux, Goranboy, Quba, Xaçmaz, Lənkəran, Ağcabədi, Qobustan, Şəmaxı və sair rayonlarda meyvə bağları, əkin sahələri və heyvandarlıq üzrə böyük məbləğli sığorta ödənişləri həyata keçirilib və bu proses davam etməkdədir.
Aqrar sığorta vasitəsilə sığortalanan məhsullar, sığorta şərtləri və sığorta haqları barədə məlumatı Fondun www.asf.gov.az rəsmi vebsaytından əldə etmək mümkündür. Fermerlər saytda bitkiçilik və heyvandarlıq kalkulyatorlarında ödəyəcəkləri sığorta haqqını özləri də hesablaya bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 21 d. əvvəl
- 24 d. əvvəl
- 26 d. əvvəl
- 27 d. əvvəl
- 30 d. əvvəl
- 31 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)




.jpg)







