Azərbaycanın çay idxalı ixracını 19 dəfə üstələyib
2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın çay idxalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 3.3% artaraq 12 893.4 ton, dəyər baxımından isə 4.5% artaraq 67 milyon 715.5 min ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, hesabat dövründə Azərbaycanın çay ixracı illik müqayisədə həcm baxımından 4.5% artaraq 679.4 ton, dəyər baxımından isə 1.6% artaraq 5 milyon 998.4 min ABŞ dolları təşkil edib. Beləliklə, həcm ifadəsində idxal ixracı 19 dəfə üstələyib.
Bu dövrdə çayın bir kiloqramının orta idxal qiyməti 8.9 manat, orta ixrac qiyməti isə 15 manat təşkil edib.
Qeyd edək ki, ötən ilin yanvar-noyabr ayları ərzində ölkə ərazisində çay istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8.9% artaraq 11 min 528 ton təşkil edib.
Xatırladaq ki, hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,02%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,36%-ni təşkil edib.
© APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 8 d. əvvəl
- 10 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























