"Qədim Qəbələ"nin sahibi menyunun tələblərə uyğun tərtib olunmamasına görə cərimələnib
"Qədim Qəbələ" restoranın sahibi Nəbiyev Malik Bəkir oğlu menyunun qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığı üçün cərimələnib.
Marja.az İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələri tərəfindən 2024-cü ilin yanvar - dekabr ayları ərzində tərtib olunmuş inzibati xəta haqqında protokollara dair məlumata istinadən xəbər verir ki, iş adamı barəsində protokol 18.12.2024-cü il tarixində tərtib edilib.
Qeyd edilib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014- cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 23.6 və 23.7-ci bəndləri, İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsi (Qiymət intizamının pozulması, yəni göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmaması və ya onların düzgün tərtib edilməməsi) pozulub.
Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov 4B ünvanında yerləşən "Qədim Qəbələ" restoranı fiziki şəxs Nəbiyev Malik Bəkir oğluna məxsusdur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 10 saat sonra
-
-
6 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
7 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
7 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
7 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
8 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
























