"Rusiya təyyarənin qəzaya uğramasının obyektiv və qərəzsiz araşdırılmasında maraqlıdır"
Rusiya Aktauda "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğramasının obyektiv və qərəzsiz araşdırılmasında maraqlıdır.
Rusiya KİV-ləri xəbər verir ki, bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Qəzanın səbəblərini müəyyən etmək üçün tamamilə obyektiv və qərəzsiz araşdırmada maraqlıyıq", - Peskov jurnalistlərə bildirib.
O, həmçinin rusiyalı mütəxəssislərin araşdırmaya kömək etdiyini, Rusiyanın müvafiq komissiyanın işinin nəticələrini gözlədiyini qeyd edib.
"Prezidentlər Putin və Əliyev iki dəfə telefonla danışıblar. İstintaq orqanlarına lazımi göstərişlər verilib, bu qəzanın səbəblərinin araşdırılmasında bütün lazımi yardım göstərilir və əməkdaşlıq həyata keçirilir. Putin üzr istəyib və təəssüfləndiyini bildirib", - deyə Peskov vurğulayıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətində insidentin Rusiya hava məkanında baş verməsi ilə əlaqədar üzr istəyib.
Prezident İlham Əliyev AzTV-ə müsahibəsində bəyan edib ki, birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir:
“İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir”.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 46 d. əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
- 2 saat əvvəl
-
2 saat əvvəl
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
-
3 saat əvvəl
43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib?
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 29-da gözlənilən hava şəraiti
Yağış yağacaq
Rəsmi iş yeri olmadan 50 000 AZN-dək kredit
Ən çox oxunanlar
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib?
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
"Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub"
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
"Bu il daha 4 yolun tikintisinə başlanılacaq"
ABB-dən yüksək gəlirli əmanət kampaniyası!


















