"Azər Türk Bank" ötən ili xalis mənfəətlə başa vurub
"Azər Türk Bank" ASC 2024-cü il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, dövlət bankı "Azər Türk Bank"ın 01 yanvar 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 110% artaraq, 2 milyard 84 milyon manat səviyyəsində olmuşdur.
Bankın kredit portfelinin həcmi 799,9 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 79% çoxdur.
Hesabat dövründə Bankın gəlirləri 58% yüksəlməklə 146,5 milyon manat, xərcləri 125,1 milyon manat olmuşdur.
2024-cü ildə Azər Türk Bank 21,3 milyon manat həcmində xalis mənfəət əldə etmişdir ki, bu da ötən dövrdəki göstəricidən 52% çoxdur.
Bankın məcmu kapitalının həcmi 26% artaraq, 98,9 milyon manat olmuşdur.
Cəmi bank öhdəliklərinin həcmi 117% artımla 1,9 milyard manat səviyyəsindədir.
Əhali tərəfindən Banka 213 milyon manat məbləğində əmanət qoyulmuşdur. Ümumilikdə Bank 1,5 milyard manat həcmində depozit cəlb etmişdir.
Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 1,40%, kapitalın gəlirlilik əmsalı (ROE) 23,6% təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























