Azərbaycanda dəniz suyundan içməli su istehsalı zavodunu bu şirkətlər tikəcək - ADLARI AÇIQLANDI
Azərbaycanda Dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə müsabiqənin nəticələri məlum oldu. “ACWA Power” şirkətinin rəhbərlik etdiyi Konsorsiumun təklifi müsabiqə üzrə 1-ci yeri tutub. Konsorsiumun digər üzvü Türkiyənin “IC İÇTAŞ İNŞAAT SANAYİ VE TİCARET A.Ş.” şirkətidir. Konsorsium tərəfindən qoyulacaq investisiya hesabına Sumqayıt Kimya Sənaye Parkında günlük istehsal gücü 300 min m³ su olan zavodun tikintisi planlaşdırılır. Müəssisənin 2,5 il ərzində tikilməsi nəzərdə tutulur.
Dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsinin reallaşdırılması üçün elan edilmiş müsabiqənin nəticələrinə görə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin rəhbərlik etdiyi Konsorsium 1-ci yeri tutub.
Bu barədə Marja-ya İqtisadiyyat Nazirliyindən bildirilib.
Qeyd edilib ki, su ehtiyatlarından istifadənin yaxşılaşdırılması, içməli su təchizatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb olunması sosial-iqtisadi inkişafda önəm kəsb edir.
Bu məqsədlərdən irəli gələrək Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı sahəsində ilk pilot layihə həyata keçirilir. İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsinin reallaşdırılması üçün 8 fevral 2024-cü ildə elan edilmiş müsabiqənin nəticələri məlum olub.
Müsabiqəyə təqdim olunmuş təkliflərin texniki və maliyyə qiymətləndirilməsinin nəticələrinə görə, “ACWA Power” şirkətinin rəhbərlik etdiyi Konsorsiumun təklifi müsabiqə üzrə 1-ci yeri tutub.
Müsabiqədə 2-ci və 3-cü sıralarda isə müvafiq olaraq İsrailin “IDE Water Assets Ltd” və Birləşmiş Ərəb Əmirliklərinin “Metito Utilities Limited” şirkətləri yer alıb.
Layihə çərçivəsində konsorsium tərəfindən qoyulacaq investisiya hesabına Sumqayıt Kimya Sənaye Parkında günlük istehsal gücü 300 min m³ su olan zavodun tikintisi planlaşdırılır. Müəssisənin 2,5 il ərzində tikilməsi nəzərdə tutulur. Müqaviləyə əsasən layihənin müddəti 27,5 ildir. Belə ki, konsorsium layihəni bu müddətdə idarə etdikdən sonra müəssisə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin idarəetməsinə keçəcək.
Layihə Bakı şəhəri və Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək, içməli su təchizatı sahəsində beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq və xarici sərmayə cəlbi baxımından mühüm töhfədir.
Qeyd edək ki, müsabiqədə “ACWA Power” şirkətinin rəhbərlik etdiyi Konsorsiumun digər üzvü Türkiyənin “IC İÇTAŞ İNŞAAT SANAYİ VE TİCARET A.Ş.” şirkətidir.
Qeyd: Səudiyyə Ərəbistanının 2004-cü ildə təsis edilmiş “ACWA Power” şirkəti, suyun duzsuzlaşdırılması və yaşıl hidrogen sahələrində qabaqcıl özəl şirkətlərdən biridir. Şirkət 13 ölkədə - Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiyada fəaliyyət göstərir və 4 mindən çox işçi heyətinə sahibdir.
“ACWA Power”in portfeli istismarda olan, inkişaf etdirilən və tikilməkdə olan 94 layihədən ibarətdir. Bu layihələrin sərmayə dəyəri 97 milyard ABŞ dolları təşkil edir və şirkət 69 GVt enerji istehsalı və gündəlik 8 milyon m³ suyun duzsuzlaşdırılması gücünə malikdir.
Genişmiqyaslı layihələrdə 50 ildən çox təcrübəyə malik olan Türkiyənin tanınmış şirkəti olan “IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş.” sənaye, infrastruktur, investisiya, enerji istehsalı və paylanması, turizm və s. sahələrdə fəaliyyət göstərir və 20 mindən çox işçisi var.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
17 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 46 d. əvvəl
-
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
2 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
-
3 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
3 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
Son Xəbərlər

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmiri işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Bank 96 ədəd RAM alır

bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti
